1. Statistikanın predmeti, vəzifələri və təşkili


Statistik məlumatların yekunlaşdırılması



Yüklə 31,65 Kb.
səhifə3/12
tarix30.11.2022
ölçüsü31,65 Kb.
#120148
1   2   3   4   5   6   7   8   9   ...   12
Statistika - Mühazirələr (1)

Statistik məlumatların yekunlaşdırılması


Hadisə və proseslərini dərk etmək üçün müşhaidə zamanı onların haqqında məlumatlar toplanır. lakin toplanmış bu məlumatları müşhaidə obyektinin ayrı-ayrı vahidlərini xarakterizə edir. Hadisə və proses haqqında ümumi məlumat əldə etmək və onların inkişaf qanunauyğunluqlarını dərk etmək üçün ayrı-ayrılıqda toplanmış bu məlumatları yekunlaşdırmaq, yəni sistem halına salmaq lazımdır.
Hadisə və proseslərin tipik xüsusiyyətlərini və inkişaf qanunauyğunluqlarını dərk etmək üçün bu məlumatların işlənib hazırlanması və sistem halına salınması yekunlaşdırma adlanır. Yekunlaşdırma statistik tədqiqatın 2-ci mərhələsini təşkil edir. Bu mərhələdə öyrənilən hadisə və proseslər haqqında obyektiv və düzgün məlumatların əldə olunması mühüm əhəmiyyət kəsb edir. Buna görə də yekunlaşdırma elmi cəhətdən əsaslandırılmış şəkildə və elmi prinsiplər əsasında aparılmalıdır. Düzgün aparılmamış yekunlaşdırma iqtisadiyyatın bütün sahələrdən
baş verən hadisə və proseslərin dərk edilməsini və onların inkişaf qanunauyğunluqlarının öyrənilməsini çətinlərdirir və qeyri düzgün nəticələrdə gətirib çıxarır. Yekunlaşdırma əvvəlcədən tərtib edilmiş proqram əsasında həyata keçirilir. Təşkilatı baxımdan yekunlaşdırılan aşağıdakı qaydada aparılır:

  1. Mərkəzləşdirilmiş qaydada aparılan yekunlaşma.

  2. Qeyri mərkəzləşdirilmiş qaydada aparılan yekunlaşma.

Yekunlaşdırma mərkəzləşdirilmiş qaydada aparılarkən bütün məlumatlar bir təşkilatda toplanır və burada işlənib hazırlanır. Qeyri mərkəzləşdirilmiş yekunlaşma zamanı isə məlumatlar mərhələlər üzrə toplanır və işlənib hazırlanır.


4. Statistik məlumatların qruplaşdırılması


Müşhaidə zamanı toplanmış məlumatların elmi cəhətdən işlənməsinin əsasını qruplaşdırma təşkil edir. Statistik qruplaşdırma dedikdə, statistik məcmunu hər hansı bir əlamətə görə eynicinəli qruplara bölünməsi başa düşülür. Statistikada qruplaşdırma bir çoz məsələlərin həllində tətbiq olunur. Bunlarda aşağıdakıları qeyd etmək lazımdır:

  1. Hadisə və proseslərin tipik xüsusiyyətlərinin müəyyən edilməsi.

  2. Statistik məcmunun tərkibinin və ya qruluşunun müəyyən edilməsi.

  3. Hadisə və proseslər arasında qarşılıqlı əlaqənin müəyyən edilməsi. Bundan irəli gələrək qruplaşdırmanın 3 əsas növünüfərqləndirirlər:

  1. Tipoloji qruplaşdırma.

  2. Quruluş və ya tərkib qruplaşdırılması.

  3. Analtik qruplaşdırma.

Əgər qruplaşdırmanın köməyi ilə hadisə və proseslərin tipik xüsusiyyətləri müəyyən edilməsi belə qruplaşdırma tipoloji qruplaşdırma adlanır.
Əgər qruplaşdırmanın köməyi ilə statistik məcmunun tərkibi və ya quruluşu müəyyən edilərsə belə qruplaşdırmayaquruluş qruplaşdırması deyilir.
Əgər qruplaşdırmanın köməyi ilə öyrənilən əlamətlər arasında qarşılıqlı əlaqə müəyyən edilərsə belə qruplaşdırmaya analtik qruplaşdırma deyilir.
Qruplaşdırma nəzəriyyəsinin əsasını əlamətlərin düzgün seçilməsi başa düşülür. Qruplaşdırma əlaməti dedikdə öyrənilən xüsusiyyətlərin özündə daşıyan əlaməti başa düşülür. Öyrənilən hadisə və proseslərin bir çox əlamətləri özündə daşıyırlar. Əgər qruplaşdırma bu əlamət üzrə aparılarsa buna sadə qruplaşdırma deyilir. Əgər qruplaşdırma iki və daha çox adamlar üzrə aparılarsa bu qarışıq qruplaşdırma deyilir. Qruplaşdırma əlaməti konkret şəraitdən və vaxtdan asılı olaraq seçilir. Qruplaşdırma əlaməti ölçülə bilmək xarakterinə görə kəmiyyət və keyfiyyət əlamətlərinə bölünürlər. Keyfiyyət əlaməti üzrə xüsusi işlənmiş və möhkəm qeydə alınmış qruplaşdırma təsnifat adlanır.



Yüklə 31,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin