1. Statistikanın predmeti, vəzifələri və təşkili


Statistikada mütləq kəmiyyətlər



Yüklə 31,65 Kb.
səhifə4/12
tarix30.11.2022
ölçüsü31,65 Kb.
#120148
1   2   3   4   5   6   7   8   9   ...   12
Statistika - Mühazirələr (1)

5. Statistikada mütləq kəmiyyətlər


Statistikada mühüm ümumiləşdirici göstərici kimi mütləq və nisbi kəmiyyətlərdən geniş istifadə olunur. Sosial iqtisadi hadisə və proseslərin miqdar tərəfləri mütləq kəmiyyətlər vasitəsiylə misbədliyi isə nisbi kəmiyyətlərin vasitəsiylə ölçülür və ifadə edilir.
Mütləq kəmiyyətlərin hadisə və prosesləri onların fiziki xüsusiyyətlərinə və ya əşyanın formasına uyğun olan ölçü vahidlər ilə ölçülür və ifadə edir. Mütləq kəmiyyətlər hadisə və proseslərin fiziki xassələrinə (çəki, uzunluq, həcm) və ya ictimai xassələrinə (dəyər, qiymət) uyğun olan ölçü vahidlərində hesablanır və ifadə olunur.
Mütləq kəmiyyətlər fərdi və yekun mütləq kəmiyyətlərlə ayrılırlar. Fərdi mütləq kəmiyyətlər öyrənilən obyektin ayrı-ayrı vahidlərinin fiziki xüsusiyyətlərini və ya dəyər xassələrini ifadə edirlər. Yekun mütləq kəmiyyəti isə statistik məcmunun bütövlükdə və ya onun ayrı-ayrı qruplarının ümiləşdirici göstəricilərini əks etdirir. Yekun müəyyən kəmiyyətlər əsasən müşhaidə zamanı toplanmış fərdi mütləq kəmiyyətləri cəmləmək yolu ilə əldə edilir.
Mütləq kəmiyyətlərin aşağıdakı növləri mövcuddur:

  1. Natural müəyyən kəmiyyətlər.

  2. Şərti-natural müəyyən kəmiyyətlər.

  3. Kombinələşdirilmiş müəyyən kəmiyyətlər.

  4. Dəyər ölçü vahidi ilə ifadə olunan müəyyən kəmiyyətlər.

Natural müəyyən kəmiyyətlər hadisə və proseslərin fiziki xassələrinə uyğun ifadə olunur. Yəni, çəki, kq-tonla, uzunluq-metrlə, həcm-litrlə və s. ifadə olunur.
Şərti natural müəyyən kəmiyyətlərlə adətən elektrik gücü, istehsal gücü və iş qüvvəsi ilə xarakterizə olunan əşyalar ifadə olunur.
Kombinəlləşdirilmiş müəyyən kəmiyyətlərlə ifadə olunan hadisə və proseslər 2 və daha çox ölçü vahidləriylə ifadə olunur.


6. Statistikada nisbi kəmiyyətlər və onların növləri


Statistikada ümumiləşdirici göstərici kimi nisbi kəmiyyətindən də geniş istifadə edilir. Bəzən mütləq kəmiyyətlər, sosial-iqtisadi hadisə və proseslərin təhlilini hərtərəfli aparmağa və düzgün qiymətləndirməyə imkan vermir. Buna görə də nisbi kəmiyyətlərdən istifadə olunur ki, bu da sosial-iqtisadi hadisələrin müxtəlif parametini öyrənməyə imkan verir. Məsələn: tapşırıqların yerinə yetirilməsi dərəcəsini, hadisələrəin inkişaf surətlərini və yayılma intensivliyini, onların quruluşunu və digər bu kimi göstəriciləri nisbi kəmiyyətlərin köməyi ilə hesablamaq mümkündür.
Nisbi kəmiyyətlərin hesablanmasının əsasını 2 mütləq kəmiyyətlərin müqayisəsi kimi təşkil edir. Nisbi kəmiyyətlər həmçinin 2 nisbi kəmiyyətlərin və ya 2 orta kəmiyyətlərin müqayisəsi nəticəsində də qazana bilər. Bu zaman dəyişilməsi və nisbətliyi öyrənilən kəmiyyət müqayisə olanan kəmiyyət adlanır. Bu kəmiyyətin müqayisə etdiyi kəmiyyət isə müqayisənin əsası adlanır.
Nisbi kəmiyyətlərin nəticəsi əmsalla, faizlə, promille və prodesemelliylə ifadə oluna bilər. Əmsal dəfə ilə ifadə olunur. Faiz - % - işarə olunur.
Statistikada nisbi kəmiyyətlərin aşağıdakı növlərindən geniş istifadə edilir:

  1. Tapşırığın yerinə yetirilməsi nisbi kəmiyyəti – bu kəmiyyət faktiki göstəricilərin planda nəzərdə tutulmuş göstəriciyə nisbəti kimi hesablanır və faizlə ifadə olunur.

  2. Dinamika nisbi kəmiyyəti – bu kəmiyyət faktiki göstəricinin ötən illərin göstəricisinə nisbəti kimi hesablanır və faizlə ifadə olunur.

  3. Quruluş nisbi kəmiyyəti – bu kəmiyyətin vasitəsiylə statistik məcmunu təşkil edən ayrı-ayrı vahidinin ümumi məcmundakı xüsusi çəkişi hesablanır və faizlə ifadə olunur.

  4. İntensivlik nisbi kəmiyyəti – bu kəmiyyət sosial – iqtisadi hadisələrin yayılma dərəcəsini xarakterizə edir və faiz, promeddi ilə ifadə oluna bilər.

  5. Kordinasiya nisbi kəmiyyəti – bu kəmiyyət hər hansı bir hadisənin tərkibindəki ayrı-ayrı hissələrin ümumi hissəyə nisbətini xarakterizə edir.

  6. Müqayisə nisbi kəmiyyəti – bu kəmiyyət müxtəlif obyetlərə aid olan eyni adlı göstəricilərin müqayisəsi nəticəsində əmələ gəlir və bu zaman müqayisə olunan göstəricilər eyni zaman kəsiyinə aid olmalıdır.




  1. Yüklə 31,65 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin