1. Statistikanın predmeti, vəzifələri və təşkili


Statistik cədvəllər və qrafiklər



Yüklə 31,65 Kb.
səhifə10/12
tarix30.11.2022
ölçüsü31,65 Kb.
#120148
1   ...   4   5   6   7   8   9   10   11   12
Statistika - Mühazirələr (1)

12. Statistik cədvəllər və qrafiklər


Statistik yekunlaşdırmanın və qruplaşdırmanın nəticələri öz əksini statistik cədvəllərdə tapır. Statistik cədvəllər məlumatların əyaniliyini artırır və burada məlumatlar və göstəricilər daha yığcam və sistemləşdirilmiş şəkildə öz əksini tapır. Statistik cədvəllər mübtəda və xəbərdən ibarət olur. Statistik cədvəllərin mübtədasını öyrənilən obyekt və ya onun ayrı-ayrı vahidlərini xarakterizə edən
məlumatlar və göstəricilər əks olunur.
Statistik cədvəllər ümumi başlıqdan, sətrdən və qrafalardan, sətir və qrafaların başlığından, yekun sətir və yekun qrafalardan ibarət olur.
Statistikada cədvəllərin bu nbvlərindən daha çox istifadə olunur:

  1. Sadə cədvəllər.

  2. Qrupp cədvəlləri.

  3. Kombinələşdirilmiş cədvəllər.

Statistikada məlumatların əks olunması zamanı göstəricilər geniş istifadə olunur. Qrafiklər statistik məlumatın yığcam olmasını təmin edir. Statistik məlumatların əks olunması zamanı həndəsi fiqur və işarələrdən istifadə edilirsə, bunlara qrafiklər deyilir. Qrafiklərin ən geniş yayılmış forması diaqramlardır ki, onlarında tərtib edilməsi zamanı həndəsi işarələrdən geniş istifadə olunur. Diaqramların aşağıdakı növləri mövcuddur:
1. Xətti 2. Süturlu 3. Zolaqlı 4. Dairəvi

13. Milli hesablar sistemi (HHS)


Milli hesablar sistemi iqtisadiyyatda ümumi məcmun istehsalı ölçmək üçün bir növ mühasibat uçotu sistemi rolunu oynayır. Onun əsas vəzifəsi Milli məhsul və Milli gəlirin yaranması və istifadə prosesinin kompleks təhlili və informasiya təminatıdır. Ümumi şəkildə MHS mühasibat hesabları formasında ikiqat qeydiyyat prinsipi üzrə dodurulmuş cədvəldir.
BMT-nin müasir MHS-də 600-ə yaxın standart hesablar qeydə alınmışdır.
Ümumilikdə bu hesabları 3 əsas sinifə ayırırlar:

  1. sinif hesablara iqtisadiyyatı bütünlükdə əhatə edən və əsas makroiqtisadi göstəricilər aid edilir.

  2. sinif hesablar ayrı-ayrı məhsul xidmətlərin istehsalı istifadəsi və ehtiyyatların bölgüsünü xarakterizə edir.

  3. sinif hesablar iqtisadiyyatın ayrı-ayrı sahələrində gəlir və xərclərin nisbətlərinin bölgüsünü və kapitalın maliyyələşmə mənbələrini əks etdirir.

Ən yüksək səviyyədə aqreqasiya olunmuş yəni, birləşdirilmiş MHS 4 balans şəklində təsnif oluna bilər:

  1. Məcmu daxili və milli məhsul

  2. Milli gəlir və onun bölüşdürülməsi.

  3. Kapital məsafələrinin maliyyələşdirilməsi.

  4. Xarici əməliyyatlar.

Milli hesablar sisteminin Norveç və İngilis modelləri məhsurdur. İngilis modelinin müəllifi Nobel mükafata lauriyyatı Robert Stoundur. BMT İngilis modeli əsasında standart hesablar sistemini qəbul etmişdir.



Yüklə 31,65 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin