1. Statistikanın predmeti, vəzifələri və təşkili


Statistik təhlilin əhəmiyyəti və aparılması ardıcıllığı



Yüklə 31,65 Kb.
səhifə11/12
tarix30.11.2022
ölçüsü31,65 Kb.
#120148
1   ...   4   5   6   7   8   9   10   11   12
Statistika - Mühazirələr (1)

14. Statistik təhlilin əhəmiyyəti və aparılması ardıcıllığı


Müasir bazar iqtisadiyyatı şəraitində müəssisə və şirkətlər arasında kəskin rəqabətin mövcud olduğu bir dövrdə müəssisələrin maliyyə – təs. fəaliyyətinə nəzarət və onların fəaliyyətinin təhlili mühüm əhəmiyyət kəsb edir. Təhlil müəssisənin mövcud imkanlarının araşdırılmasına, müəssisənin maliyyə – təs. fəaliyyətinin qiymətləndirilməsinə, nöqsanların müəyyən edilməsinə istifadə olunmamış ehtiyyatların səfərbər edilməsinə və müəssisənin fəaliyyətinin yaxşılaşdırılması yollarının müəyyən edilməsinə imkan verir. Buna görə də hazırkı dövrdə müəssisənin maliyyə və təs. fəaliyyətinin analizi, yəni təhlili ön planda durur. Anali yunan sözü olub, atmın hissələrə, mürəkkəbin isə sadə elementlərə parçalanması deməkdir. Sintez onun əksi olub hissələrin tam şəkildə, sadə elementlərin isə mürəkkəb formada birləşməsi deməkdir.
Müəssisələrdə analitik işin təşkili çox mürəkkəb bir prosesdir və təhlilin növündən asılı olaraq təşkil olunur və onun qarşısında müxtəlif vəzifələr durur. Müəssisələrdə əsasən təhlilin – aşağıdakı növlərdən istifadə olunur:

  1. Əvvəlcədən aparılan təhlil.

  2. Operativ təhlili.

  3. Cari təhlil.

Əvvəlcədən aparılan təhlil müəssisədə təs. və maliyyə əməliyyatları aparılmasından qabaq proqnozlaşdırma və planlaşdırma məqsədi ilə həyata keçirilir. Operativ təhlil müəyyən qısa dövürdə müəssisənin maliyyə və təs.
əməliyyatları yerinə yetirilərkən aparılır.
Cari təhlil hesabat dövrü ərzində (ay, rüb, yarım ilə, il və bir neçə il) əldə edilmiş nəticələrin təhlili və qiymətləndirilməsi üçün və lazimi tövsiyyələrin hazırlanması üçün və tədbirlərin həyata keçirilməsi məqsədilə aparılır.
Statistik təhlil zamanı kəmiyyət və keyfiyyət göstəriciləri əlaqəli surətdə öyrənilir. Bu zaman müxtəlif metod və üsullardan istifadə olunur ki, onları da əsasən 2 qrupa ayırırlar:

  1. İqtisadi statistik (ənənəvi) metod və üsullar

  2. İqtisadi – riyazi metodları

İqtisadi – statistik metod və üsullara aiddir:

    • Qruplaşdırma və yekunlaşdırma

    • Analtik cədvəllərin tərtibatı

    • Nisbi və orta kəmiyyətlərin tətbiqi

    • Zəncirvari yerdəyişmə metodu və s. İqtisadi – riyazi metodlara aiddir:

    • Riyazi modelləşdirmə

    • Xətti proqramlaşdırma

    • Korrereksiya metodu

    • Şəbəkə qrafiklər və s.

Müəssisələrdə analitik işin təşkili ilk növbədə təhlilin növündən asılıdır. Əgər təhlil üçün bir dövrü əhatə edərsə və müəssisənin fəaliyyəti hər tərəfli təhlil edilərsə onda təhlil aşağıdakı ardıcıllıqla həyata keçirilir:

  1. mərhələ – analtik isə qrafikinin tərtib olunması; konkret iş proqramının və iş planın hazırlanması lazimi sənədlərin seçilməsi, informasiya mənbələrinin yoxlanılması, göstəricilərin qruplaşdırılması, göstəricilərin müqayisəli vəziyyətə gətirilməsi, analitik cədvəllərin tərtib edilməsi və s.

  2. mərhələ – bu mərhələdə müəssisənin maliyyə təs. fəaliyyətini xarakterizə edən göstəricilər təhlil edilir.

  3. mərhələ – təhlilin nəticələrin yekunlaşdırılması, maliyyə təs. fəaliyyətinin qiymətləndirilməsi, lazimi tövsiyyə və tədbirlərin hazırlanması, qərarların qəbul edilməsi, tövsiyyə və qərarların yerinə yetirilməsinə nəzarətin təşkili və s.

Təhlil zamanında əsas vəzifələrdən biri də, məlumat mənbələrinin düzgün seçilməsidir. Təhlil zamanı əsasən planlaşdırılan normativ, uçot hesabat və qeyri uçot informasiya mənbələrinin məlumatlardan geniş istifadə olunur.

Yüklə 31,65 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin