Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
262
Görürəm dan yeri yenə sökülür,
Göydən yer üzünə nurlar tökülür. (S.Vurğun)
Bu şeir parçasında
“dan yeri” və
“yer üzünə” sintaktik
vahidləri II növ söz birləşməsi əsasında formalaşmışdır.
İkinci növ ismi birləşmənin başlıca əlaməti ondan ibarət-
dir ki, birinci tərəf formal
cəhətdən şəkilçisiz olur,
lakin
mahiyyətcə qeyri-müəyyən yiyəlik halda işlənir. İkinci
tərəfi isə III şəxs mənsubiyyət şəkilçisini qəbul etmiş olur.
Məsələn,
məktəb binası, dəniz kənarı, Qız qalası, alma ağacı,
göz həkimi, Bakı şəhəri, ticarət şöbəsi və s.
Azərbaycan dilində belə
bir cəhət diqqəti cəlb edir
ki, II növ ismi birləşmənin I tərəfinə yiyəlik hal şəkilçisini
çox zaman bərpa etmək mümkündür, bəzi hallarda isə bu,
mümkün deyildir. Çünki yiyəlik hal şəkilçisini belə vəziy-
yətdə bərpa etdikdə birləşmənin mənası tamamilə pozu-
lur. Məsələn,
“Qız qalası”nı
“Qızın qalası”, “oğlan uşağı”nı
“oğlanın uşağı”, “Xəzər” kinoteatrı”nı
“Xəzərin kinoteatrı”
yə s. şəkildə demək mümkün deyildir.
Azərbaycan dilində II növ ismi birləşmələrdə tərəflə-
rin arasına heç bir söz daxil ola bilmir. Məsələn,
“gözəl bir
gün” I növ ismi birləşməsində olduğu kimi,
“uşaq bir bağça
sı” demək mümkün deyildir.
II növ ismi birləşmənin tərəfləri də müxtəlif nitq his-
sələri ilə ifadə olunur.
c) III növ ismi birləşmə. Bu sintaktik modelin başlı-
ca əlaməti ondan ibarətdir ki, tərəflərin hər ikisi morfoloji
əlamət qəbul edir, yəni I yiyəlik hal, II müxtəlif tipli mən-
subiyyət şəkilçiləri qəbul edir. Məsələn:
qəhrəmanın arzusu,
mənim kitabım, sənin qəlbin, onun ümidi, bizim söhbətimiz, si
zin həyatınız, onların cəbhəsi və s.
III növ kimi ismi birləşmədə diqqəti cəlb edən cəhət-
lərdən
biri də budur ki, bu birləşmənin tərəfləri arası-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
263
na istənilən qədər söz və söz birləşməsi daxil ola bilir.
Məsələn,
zavodun direktoru – zavodun bu il zavod fəhlələ-
Dostları ilə paylaş: