1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə155/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   151   152   153   154   155   156   157   158   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

4. CÜMLƏNİN NÖVLƏRİ
Cümlə özünün quruluşuna, ifadə tərzinə, intonasiya-
sına və sair keyfiyyətlərinə görə dildə müxtəlif tipdə özü-
nü göstərir.
Quruluşuna görə cümlənin sadə və mürəkkəb tipləri 
mövcuddur.
Sadə cümlələrdə ancaq bitmiş bir fikir ifadə olunur. 
Məsələn, “Faytonçular atların başını yığmışdılar; Əhmədin 
gözləri hədəqəsinə sığışmadı, faytonla asta “hüznlü”, dinməzcə 
irəliləyirdi” (B.Bayramov).
Mürəkkəb cümlələrdə isə iki və daha artıq fikir ifa-
də olunur. Məsələn: Səhhətində baş verən fənalıq müqabilində 
Əhməd bəyə elə gəlirdi ki, söhbətlərini axıra çatdırmağa ömür 
vəfa etməyəcəkdir. Lakin var qüvvəsini səfərbər edib dözürdü, 
büruzə vermək fikrində deyildi (B.Bayramov).
Bu cümlədə isə 4 fikir ifadə edilmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
266
Sadə və mürəkkəb cümlələrin dildə çox zəngin tipləri 
mövcuddur.
Dilçilik ədəbiyyatında çox zaman cümlənin intona-
siyaya görə növləri ancaq sadə cümlə materialları əsa-
sında şərh edilir. Əslində, mürəkkəb cümlələr də into-
nasiya və ifadə məqsədlərinə malik olur. Tədqiqatçıların 
əsərlərində intonasiyaya görə cümlənin müxtəlif növləri 
göstərilir
1
.
Bütün bunları ümumiləşdirəndə cümlənin 4 növünü 
müəyyənləşdirmək olur: a) nəqli cümlə; b) əmr cümləsi; 
c) su al cümləsi; ç) nida cümləsi.
a) Nəqli cümlələrin əsas mahiyyəti ondan ibarətdir ki, bu-
rada hər hansı əşya və hadisə haqqında adi təsviri yol-
la məlumat verilir.
Ayazlı, şaxtalı bir qış axşamı
Yeddi yoldaş olub yola düzəldik. (S.Vurğun)
İstəyirəm mənim bacım bilsin ki, atamın vəsiyyətini, diləyi­
ni unuda bilmərəm... (B.Bayramov)
Bu cümlələrin birincisi sadə, ikincisi isə mürəkkəb 
cümlə tipindədir. Göründüyü kimi, hər iki cümlədə fikir 
nəql yolu ilə ifadə olunur.
b) Əmr cümləsində hər hansı bir işin icrası əmr, xahiş, tə-
kid, məsləhət və s. tərzdə ifadə edilir. Məsələn:
– Rica edirəm, adam göndərib Cəmil cənablarını gətirdəsiz...
– Həmidə xanım, Cavanşir cənablarına yetirin ki, bizləri qə­
bul etmək qaydası öz ixtiyarındadır (B.Bayramov).
1
Bax: А.Н.Кононов. «Грамматика современного турецкого языка». M.-Л.. 1956, c. 495-
504. А.Н.Гвоздев. Современный русский литературный язык. II т. Синтаксис. M., 1958 
c. 40. Ə.Dəmirçizadə. “Müasir Azərbaycan dilində sadə cümlələr”. “Azərbaycan məktəbi”, 
1947, № I, səh. 54 və s.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
267
c) Sual cümləsi sual intonasiyası ilə ifadə olunur. Azərbay-
can dilində sual cümlələri, əsasən, sual əvəzlikləri 
yoxsa, bəs, məgər, mı, mi, mu, mü ədatlarının köməyi 
vasitəsilə yaranır. Məsələn, – Hanı millət qanı? Hanı 
dinimizin təəssübü? Harada qalıb Qarabağ bəylərinin qey­
rəti? Niyə dayanmısınız? Hanı dini-islam yolunda qanını 
axıdan?” (B.Bayramov).
Sual cümlələrinin bir forması olan ritorik suallardan 
bədii ədəbiyyatda geniş istifadə olunur.
Xüsusilə şeir dilində dialoq və monoloqlarda ritorik 
suallar obrazlılıq vasitəsi kimi daha çox işlənir:
Elbrus, söylə, bilinməzmi yaşın?
Göyə meydan oxuyan qarlı başın
Nə bəlalar, nə cəfalar çəkmiş?
Kimlərin gözləri hey yol çəkmiş?
Tökülən qanların haqqında danış.
Ona matəmmidir üstündəki qış? (S.Vurğun)
Bu şeir parçasındakı sual cümlələri heç bir cavab alma-
maq məqsədilə verilməmişdir. Şair öz fikir və düşüncələrini 
sadəcə olaraq sual cümləsi formasında ifadə etmişdir.
ç) Nida cümləsində danışan adam söylədiyi fikri müxtə-
lif hiss və həyəcanla ifadə edir. Məsələn:
– Şarlatan.
– Afərin.
– Rəhbərə bir bax. Vətəni yadlara bunlar satacaq. (S.Vurğun)
Ah, Rafael! Ah, Rafael! Qalx məzardan!
Öz fırçanla bu axşamın seyrinə var. (S.Vurğun)
Göründüyü kimi, bu cümlələrdə şair öz fikir və duy-
ğularını çox dərin hiss və həyəcanla ifadə etmişdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
268
Sadə cümlələr qrammatik cəhətdən cüttərkibli və 
təktərkibli olur. Cüttərkibli sadə cümlələrdə baş üzvlər olan 
mübtəda və xəbərin hər ikisi iştirak edir. Məsələn: “Mirzə 
yazdığı iki felyetonu və Faiq əfəndiyə məktubu bir zərfə qoyub 
yapışqanladı” (B.Bayramov). Bu cümlədə mübtəda (Mirzə
və xəbər (yapışqanladı) iştirak edir. Ümumiyyətlə, cümlə 
üzvlərinin iştirakına görə cüttərkibli cümlələr iki şəkildə 
özünü göstərir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin