1. ÜMumi DİLÇİLİk I indd


“Qədir kişi çubuğunu külqabıya döyməyə başladı”



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə154/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   150   151   152   153   154   155   156   157   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

“Qədir kişi çubuğunu külqabıya döyməyə başladı”.
Burada məsdər tərkibi (çubuğunu külqabıya döyməyə
əsasında əmələ gələn feili birləşmə tamamlıq vəzifəsində 
çıxış etmişdir.
3. CÜMLƏ SİNTAKTİK VAHİD KİMİ
Sintaksisin əsasını cümlə nəzəriyyəsi təşkil edir. Cüm-
lə başlıca sintaktik vahiddir. O, müəyyən məna və struktur 
əlamətlərə görə xarakterizə olunur.
Cümlənin məna əlaməti onun baş üzvləri arasındakı 
münasibətlə müəyyənləşir. Belə ki, baş üzvlər arasındakı 
predikativ münasibət cümlənin məna cəhətini göstərir.
Cümlənin struktural əlaməti dedikdə, müxtəlif cümlə 
tiplərinin quruluş xüsusiyyətləri təsəvvür edilir. Buna görə də 
cümlənin struktural əlaməti aydınlaşdırılarkən sadə və mürək-
kəb cümlələrin növləri, bunlara aid cəhətlər tədqiq olunur
1
və s.
Söz və söz birləşməsinə nisbətən cümlə daha böyük dil 
vahididir. Eyni zamanda, cümlə dildə ünsiyyət vasitəsi ro-
lunu yerinə yetirən kiçik kommunikativ vahiddir. İnsanlar 
arasında danışıq, fikir ünsiyyətini söz və söz birləşməsindən 
daha çox cümlə yerinə yetirir. Buna görə də dilçilikdə cüm-
lənin kommunikativ vəzifəsi barədə daha çox söhbət açılır.
1
Bax: Z.Budaqova. Müasir Azərbaycan ədəbi dilində sadə cümlə. Bakı, 1963; Ə.Abdullayev. 
Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlə. Bakı, 1964.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
265
Cümləni başqa dil vahidlərindən birinci növbədə 
onun kommunikativ vəzifəsi fərqləndirir. Bununla yana-
şı, cümlə dildə nominativ vəzifəyə də malikdir. Söz və söz 
birləşmələrindən fərqli olaraq, cümlə gerçəkliyin ayrı-ayrı 
əşya və hadisələrini deyil, bütövlükdə onları əhatə edən 
hadisə və şəraiti ifadə və təsvir edir. Cümlə vasitəsilə hə-
min hadisə və şərait eyni deyil, olduqca müxtəlif formada 
ifadə olunur. Cümlədə əşya və hadisələr bir-birilə müqa-
yisə olunur, onlar haqqında məlumat verilir, bir əşyanın 
başqasına münasibəti bildirilir, bir əşyanın başqasına təsiri 
ifadə olunur və s.
Beləliklə, cümlə təbiət və cəmiyyətdə baş verən intə-
hasız və olduqca mürəkkəb prosesləri güzgü kimi nitqdə 
canlandırmaq qüdrətinə malikdir. Cümlədə predikativlik 
və intonasiya ən vacib keyfiyyətlərdəndir. Bunlarsız cümlə 
mövcud ola bilməz.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin