5. CÜMLƏ ÜZVLƏRİ Bitmiş bir fikri ifadə edən hər hansı bir cümlənin tərkibini
araşdıranda məlum olur ki, burada həmin fikrin ayrı-ayrı ele-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
270
mentlərini bildirən söz və söz birləşmələri mövcuddur. Bun-
lardan hər biri müəyyən suala cavab verməklə cümlədə bitmiş
bir fikrin ifadə olunmasında əsas rola malik olur. Cümlə tər-
kibində müstəqil suala cavab verə bilən sözə və ya söz birləş-
məsinə cümlə üzvü deyilir. Məsələn, “Şahsevən qızları hələ uşaq lığında Araza gedən yolu Həmidəyə öyrətmişdilər” (B.Bayramov).
Bu cümlədə müxtəlif suala cavab verən cümlə üzvləri
vardır. Kim? (Şahsevən qızları), nə etmişlər? (öyrətmişdilər),
nəyi? (yolu), (Araza gedən), nə zaman? (hələ uşaqlıqdan).
Cümlədə əsas fikri ifadə edib-etməməsinə görə cümlə
üzvləri iki qrupa bölünür:
1) Baş üzvlər: mübtəda, xəbər.
2) İkinci dərəcəli üzvlər: tamamlıq, təyin, zərflik.
1. Mübtəda.Mübtəda cüttərkibli cümlənin baş üzvlərindən
biri olmaqla aparıcı rola malikdir. Dilçilik ədəbiyyatında mübtə-
danın aşağıdakı əlamətləri qeyd edilir: 1) Mübtəda xəbərlə ifadə
olunmuş əlamətin daşıyıcısı kimi çıxış edir; 2) mübtəda bu və
ya digər hərəkətin icrası kimi çıxış edir; 3) mübtəda ismin adlıq
halında olur və heç bir cümlə üzvündən asılı olmur; 4) mütbəda
cümlədə ancaq xəbərlə şəxsə və kəmiyyətə görə uzlaşır və s.
İfadə vasitələrinə görə mübtədanın müxtəlif növlə-
rinə rast gəlinir:
1. İsimlə ifadə olunan mübtəda: “Çovğun günorta səngi-
mişdi”. “Əhəd bəy hiddətləndi”.
2. Sifətlə ifadə olunan mübtəda: “Qırmızı qaradan yaxşı
görünür”.
3. Sayla ifadə olunan mübtəda “Beş üçdən çoxdur”.
4. Əvəzliklə ifadə olunan mübtəda: “Mən çox səhv elə-
mişəm, bala, anlamamışam” (B.Bayramov).
5. Zərflə ifadə olunan mübtəda: “Bura hamının xoşuna
gəlirdi”.
6. Məsdər tərkibi ilə ifadə olunan mübtəda: “Yaxşı insan olmaq həyatda hər adama nəsib olmur”.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
271
7. Feili sifət tərkibi ilə ifadə olunan mübtəda: “Hər oxu-