1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə165/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   161   162   163   164   165   166   167   168   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

3. ORFOEPİYA ŞÖBƏSİ
Ədəbi dil ümumxalq dilinin normalaşdırılmış qolu-
dur. Bu normalılıq onu danışıq dilindən, xüsusən dialekt 
və şivələrdən fərqləndirir və səciyyələndirir.
Norma ədəbi dil anlayışının əsasını təşkil edir. Bu elə 
əlamətdir ki, onsuz ədəbi dili təsəvvür etmək qeyri-müm-
kündür. Ədəbi dilin normaları nitqin rəvan, dəqiq və təsirli 
olmasına kömək edir. Bu keyfiyyətlərə malik olan hər bir nitq 
isə oxucu və dinləyici tərəfindən asanlıqla mənimsənilir.
Ədəbi normalar həm yazılı, həm də şifahi nitqə məx-
sus olur. Şifahi ədəbi dilin normaları əsasında mövcud olan 
orfoepik qaydalar sisteminə orfoepiya deyilir. Orfoepiya ter-
mini yunan mənşəli “ortpos” (düzgün) və “epos” (nitq) sözlə-
rindən əmələ gəlib, düzgün tələffüz mənasını bildirir.
Müasir ədəbi dillərdən hər birinin orfoepik sistemi 
aşağıdakı bölmələrdən ibarətdir:
1
A.A.Reformatski rus yazısı üçün fonematik prinsipi aparıcı hesab edir. Bax: göstərilən əsəri, 
səh. 376.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
285
1. Saitlərin tələffüzünə aid qaydalar.
2. Samitlərin tələffüzünə aid qaydalar.
3. Qrammatik formaların tələffüzünə aid qaydalar.
4. Əcnəbi sözlərin tələffüzünə aid qaydalar
1
.
Bəzi dilçilər, o cümlədən rus alimi A.A.Reformatski 
orfoepiyanı geniş planda götürərək oxu qaydalarını da 
onun (orfoepiyanın) köməkçi bölməsi hesab edir
2
.
Müasir ədəbi dillərin orfoepik qaydaları az vaxtın məh-
sulu deyil. Bu və ya başqa ədəbi dilin orfoepik sistemini təş-
kil edən qaydalar tədricən müəyyənləşib formalaşmışdır.
Dilçiliyin orfoepiya şöbəsinin tarixi qədimdir. Belə ki, 
hələ bizim eradan əvvəl qədim hind dilçiliyində orfoepi-
ya məsələlərinə də toxunulmuşdur. Hind alimləri “Şikşa” 
vedanqında fonetika ilə yanaşı, orfoepiya təliminə xüsusi 
yer vermişlər. Qədim dövrlərdən əsası qoyulmuş orfoepi-
ya şöbəsi əsrlər boyu, xüsusən XIX və XX əsrlərdə müxtəlif 
dillərin materialları üzərində geniş şəkildə inkişaf etdiril-
mişdir. Müasir dövrdə orfoepiya məsələləri diqqəti daha 
çox cəlb edir.
Çünki hazırda nitq mədəniyyətinin inkişafında orfoq-
rafiya kimi, orfoepiya da xüsusi əhəmiyyətə malikdir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin