Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
288
Çoxdilli linqvistik lüğətlərin əsas məqsədi tərcümə
işinə, bu və ya başqa qeyri-ana dilinin öyrənilməsinə xid-
mət etməkdən ibarətdir. Çoxdilli lüğətlər ikidilli, üçdilli
və daha çoxdilli olur. 1806–1817-ci illərdə Almaniyada
İ.K.Adelunq və
İ.S.Faterin redaktorluğu ilə çap olunmuş
“Mitridat, yaxud ümumi dilçilik” (“Mithridates, oder al-
lgemeine Sprachkunde”) adlı lüğətdə, təxminən 500 dil
və dialektdən misallar verilmişdir. 4 cilddən ibarət olan
“Mitridat” dünyada ən zəngin
lüğətlərdən biri hesab
olunur.
Linqvistik lüğətlərdə dil materialları müxtəlif aspekt-
də və müxtəlif məqsədlə bağlı şərh olunur. Buna görə də
indiyə qədər linqvistik lüğətlərin bir sıra növləri yaranmış-
dır. Məsələn,
izahlı lüğət, tərcümə lüğəti, sinonimlər lüğəti,
omonimlər lüğəti, frazeoloji lüğət, dialektoloji lüğət, terminoloji
lüğət, etimoloji lüğət, tarixi lüğət və s.
Keçmiş SSRİ xalqlarının dillərinə aid onlarca həm
linqvistik nəzəri, həm də linqvistik tədris lüğətləri yaradıl-
mışdır. Hazırda bütün milli dillərin tam və normativ linq-
vistik lüğətlərinin yaradılması dilçilik elminin qarşısında
duran mühüm vəzifələrdəndir.
Dostları ilə paylaş: