C. DİLÇİLİK ŞÖBƏLƏRİNİN NÖVLƏRİ Dillərdəki bütün hadisə və proseslər müxtəlif cəhət-
dən və müxtəlif məqsədlərlə öyrənilir. Tədqiqatın məqsədi
bəzən dilin indiki vəziyyətinin, bəzən keçmişdə bu və ya
başqa hadisənin təşəkkülü və inkişafını, bəzən də dillər-
dəki oxşar və fərqli cəhətləri meydana çıxarmaq, onları ay-
dınlaşdırmaqdan ibarət olur. Bu cəhətlərə müvafiq olaraq
dilçiliyin şöbələrindən əksəriyyəti tədqiqatın məqsədinə
görə üç növə ayrılır: a) tarixi-diaxronik, b) müasir-sinxro-
nik, c) müqayisəli. Bunu aydın təsəvvür etmək üçün dilçili-
yin konkret bir şöbəsinin, məsələn, morfologiya şöbəsinin
növlərə bölünməsi və onların qarşısında duran məqsəd-
dən bəhs etmək kifayətdir.
Tədqiqatın məqsədinə görə dilçiliyin morfologiya şö-
bəsinin 3 növü vardır.
1. TARİXİ MORFOLOGİYA Tarixi morfologiyada konkret dillərin morfoloji sis-
temi izlənilir. Burada morfoloji hadisələr, onların dəyişil-
məsi və inkişaf etməsi tarixi baxımdan öyrənilir. Məlum-
dur ki, müasir dillərdən hər biri yarandığı dövrdən in-
diyə qədər müəyyən inkişaf yolu keçmişdir. Bu prosesdə,
şübhəsiz ki, dillərin morfoloji sistemində də bir sıra dəyi-
şikliklər baş vermişdir. Məsələn, bizim dilimizdə işlənən
əvəzliklər tarixən heç də müasir şəkildə olmamışdır. III
şəxsin təkini bildirən o əvəzliyi vaxtilə ol formasında iş-
lənmişdir və s. Dildə olan bütün bu tipli dəyişikliklər öy-
rənilərkən onun ümumi inkişaf tarixi nəzərə alınır, hər
bir dəyişikliyin və inkişafın əsasları, obyektiv səbəbləri
aydınlaşdırılır
1
.
1
Tarixi morfologiya haqqında geniş məlumat almaq üçün prof. H.Mirzəzadənin “Azərbay-
can dilinin tarixi morfologiyası” kitabına baxmaq olar.