Qohum olmayan dillərin müqayisəli morfologiyası.
Qohum olmayan dillərin morfoloji sistemlərinin müqa-
yisəsi nəzəri cəhətdən bir o qədər əhəmiyyətli deyil. Bu
tipli əsərlərdəki mü qa yisələrdə tarixilik olmur. Odur ki,
belə müqayisələr, bir növ, metodik cəhətdən əhəmiyyət
kəsb edir. Məsələn, rus və Azərbaycan dillərinin müqa-
yisəli morfologiyası ancaq hər iki dilin məktəbdə mənim-
sənilməsinə müəyyən dərəcədə kömək edir.
Ç. DİLÇİLİK ŞÖBƏLƏRİNİN ƏLAQƏLƏRİ
Vahid bir elmin tərkib hissələrini təşkil edən dilçili-
yin şöbələri arasında daima qarşılıqlı əlaqə mövcuddur.
Bu üzvi bağlılıq, hər şeydən əvvəl, iki cəhətdən mühüm
əhəmiyyət kəsb edir. Birincisi, bu şöbələr arasındakı dia-
lektik əlaqə onların inkişafına təsir göstərir, həm də yeni
şöbələrin yaranması və müstəqilləşməsində xüsusi rol
oynayır. Məsələn, dilçiliyin leksikologiya, semasiologi-
ya və sintaksis şöbələrinin əlaqəli inkişafı əsasında yeni
şöbə – frazeologiya şöbəsi meydana çıxmışdır. Həmçi-
nin leksikologiya ilə morfologiyanın əlaqəsi nəticəsin-
də sözyaratmaya aid ideyalar inkişaf etmiş və müstəqil
şöbə – söz yaradıcılığı formalaşmışdır. İkincisi, şöbələr
arasında əlaqə ayrı-ayrı şöbələrin mövzularına məx-
sus hadisələrin dərin və düzgün şərhinə kömək edir.
Məsələn, semasioloji kateqoriyaları və prosesləri bil-
mədən heç bir zaman frazeoloji vahidlərin tiplərindən,
təsnifatından bəhs açmaq olmaz. Buna görə də hər bir
hadisəni dürüst şərh etmək üçün bu və ya başqa şöbəni
müvafiq şöbələrlə, onların nəticələri ilə əlaqələndirmək
vacib şərtlərdəndir.
Dilçiliyin bəzi şöbələri arasında əlaqə daha yaxın və
möhkəmdir. Məsələn, sözyaratma ilə leksikologiya, sema-
siologiya və morfologiya şöbələri bir-biri ilə daha sıx bağ-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
294
lıdır. Belə ki, sözyaratma üsulları əsasında əmələ gəlmiş
hər bir yeni sözün leksik xüsusiyyətləri leksikologiyada,
semantik cəhətləri semasiologiyada, morfoloji əlamətləri
isə morfologiyada şərh olunur.
Dilçilik şöbələrindən fonetika ilə orfoepiyanın, qrafika
ilə orfoqrafiyanın, orfoqrafiya ilə orfoepiyanın, leksikologi-
ya ilə leksikoqrafiyanın, morfologiya ilə sintaksisin... də
əlaqəsi çox yaxın və ayrılmaz xarakterdədir.
|