Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
300
Bu cür fikirlərə bütün dünya xalqlarının əfsanə və na-
ğıllarında külli miqdarda təsadüf olunur. Təbiətin cansız
varlıqlarının danışması klassik ədəbiyyatda da vardır. Bö-
yük Füzulinin “Söhbətül-əsmar” (“Meyvələrin söhbəti”)
adlı əsərində meyvələr belə danışdırılır:
Xəllaqi-cahani-zülmətü nur
Püstə mənim adımı qoyubdur.
Qönçə kimi ağzım açmışam mən,
Hər talibə danə saçmışam mən.
Bir yandan eşitdi Xoxü Fıstıq,
Həm Süncüdü Şahpaludü Fındıq,
İnnab ilə Tut, Alubalu,
İncirü Zoğalü Cövz, Limu,
Hər biri bir afəti-zəmanə,
Hər biri söylərdi bir fəsanə;
Şaftalu deyərdi: – Padişahəm,
Fıstıq ki: – Əncüm içrə mahəm.
Həm cövz deyərdi: – Xosrovam mən.
Fındıq deyərdi: – Sərvərəm mən.
Limu ki: – Mənəm bu bağə mahmud.
– Şahəm ki, deyərdi Şahpalud.
Göründüyü kimi, burada meyvələr obrazlaşdırılmış
bədii vasitələrdir, söz sənətkarlarının
istifadə etdikləri
üsullardan biridir. Dil haqqındakı müasir biliklər elmi bü-
növrə üzərində inkişaf etdiyi üçün, onlar qədim insanların
ibtidai təsəvvürlərinin əksinə olaraq, cansız varlıqların da-
nışmasını məcazi mənada başa düşürlər.
İndi elm “təbiətin danışması” fikirlərinə son qoyaraq
müəyyən etmişdir ki, danışan ancaq canlı varlıqdır. Bu-
rada, əlbəttə, belə sual qarşıya çıxır: canlıların hansı növü
danışmaq imkanına malikdir?
Bu haqda elm aləmində
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
301
müxtəlif fikirlər, baxışlar, nəzəriyyələr mövcuddur. Bun-
larda bir-birindən fərqlənən iki fikir vardır. Birincisi bütün
canlıların danışması, ikincisi isə insanlarla bərabər, bəzi
canlıların, o cümlədən quşların və heyvanların danışa bil-
məsi fikirləridir.
Dostları ilə paylaş: