Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
316
30 antropoloji tip qrupu olduğunu müəyyənləşdirmişlər.
“Bir çox insani irq və tip qrupları üçün səciyyəvi olan cəhət
odur ki, bunlar müəyyən geniş sahəni əhatə edir və tarixən
həmin sahədə yaranmış və inkişaf etmişlər”
1
.
İrqi əlamət daimi sabitliyə malik deyil. Görkəmli bio-
loq M.F.Nesturxun ifadəsi ilə desək, bu, hətta bir adamın
həyatında belə dəyişə bilir. Son illərdə insan tipi qrupla-
rında baş formasının çox dəyişildiyini alimlər sübut etmiş-
lər. Amerika antropoloqu Frans Boas müəyyən etmişdir ki,
insanın başının forması uzun dövr ərzində deyil, hətta çox
az vaxtda dəyişə bilir. O bu ideyanı Avropadan Amerikaya
köçmüş adamları müşahidə etməklə əsaslandırmışdır.
Nəhayət qeyd etməliyik ki,
istər dərilərinin rəngi
müxtəlif olan, istərsə də başqa zahiri fərqli əlamətləri ilə
seçilən insanlar mahiyyətcə bir-birindən qətiyyən fərqlən-
mirlər, onların hamısı eyni dərəcədə iş görmək, fikirləş-
mək və danışmaq qabiliyyətinə malikdir.
Bununla yana-
şı, bütün irqlər və antropoloji tiplər bərabərhüquqludur.
Lakin çox təəssüf ki, irqçilər irqi əlamətlərə bu baxımdan
yox, imperializmin mənafeyi mövqeyindən yanaşırlar. İrq-
çilərin bədnam ideologiyasına görə, guya ancaq “ali irq”in
nümayəndələri hər şeyə qadirdirlər. Müasir aləmdə irqi
sədd bir sıra ölkələrdə aradan qalxdığı halda, bəzi yerlər-
də irqçilik nəzəriyyəsinin müddəaları hələ də hökm sürür.
Bu müddəaların tərəfdarları insan qruplarının qeyri-bəra-
bər olduğunu sübut etmək üçün yeni-yeni fakt və dəlillər
axtarırlar
2
. Heç şübhəsiz ki, belə dəlilləri irqçilər əldə edə
bilmədikləri kimi, yenə də buna nail ola bilməyəcəklər.
İrqçilərə görə, insanlığın tarixinin əsasını
siniflərin yox,
irqlərin mübarizəsi təşkil edir. Buna görə də onlar qara və
1
М.Ф.Нестурх. «Происхождение человека». М., 1970, c. 385.
2
«Вопросы антропологии». № 40, 1968-ci il.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
317
sarı irqə mənsub olanların guya ağlar üçün qorxulu olduq-
larını göstərirlər. Göründüyü kimi, bu ideya da tarixi inki-
şaf qanunlarına tamamilə ziddir.
İrqçilik nəzəriyyəsi müəyyən dərəcədə dilçilik elminə
də təsir göstərmişdir. Belə ki, XIX
əsrin irqçiləri dillə irqin
əlamətlərini eyniləşdirmiş, insanları və onların dillərini irqlərə
görə müəyyənləşdirməyi irəli sürmüşlər. Həmin əsrin bir sıra
görkəmli filoloqları bu ideya ilə razılaşmamış və ona qarşı
ciddi mübarizə aparmışlar. Hələ o zaman məşhur dilçilərdən
biri demişdi: “Elmi səhvlərdən biri dili irqlə eyniləşdirməkdir.
İrqlə konkret dil arasında kiçicik əlaqə belə yoxdur”
1
.
Aparılmış tədqiqatlar əsasında alimlər bir daha sü-
but etmişlər ki, həqiqətən, “...insanları dilə görə bölmək
onların irqə görə bölgüsünə uyğun gəlmir”
2
. Çünki irq heç
bir milli, dini, coğrafi, mədəni, yaxud dil qrupu yaratmır
3
.
İrqçilərin dillə irq arasında həqiqi əlaqə varlığı tezisinin
uydurma olduğunu əyani sübut etmək üçün görkəm-
li bioloq M.F.Nesturx keçmiş sovet məkanında
yaşayan
müxtəlif irqə aid qohumdilli xalqlardan misal gətirir. O
deyir: “SSRİ-nin bir çox xalq və tayfaları türk dillərində
danışırdılar. Lakin bu xalq və tayfaların biri (azərbaycan-
lılar) avropoid, eyni zamanda digəri (
qazaxlar, qırğızlar,
yakutlar) monqoloid, üçüncüsü isə (
şorlar, başqırdlar, tatar
lar) monqoloid xüsusiyyətli avropoid irqi tiplərini təşkil
edir”
4
. Deməli, irqlə dil arasında cüzi əlaqə olsaydı, bu
xalqların dillərində yaxınlıq, qohumluq ola bilməzdi.
Bütün elmi mühakimələrdən aydın olur ki,
dil irqlə
bağlı deyil. Buna görə də heç zaman insanın bioloji qrup-
laşdırılması dillə əlaqələndirilə bilməz.
1
И.А.Бодуэн де Куртене. «Избранные труды по общему языкознанию». M., 1963, II т.,
c. 67-96.
2
М.Ф.Нестурх. «Происхождение человека». М., 1970, c. 401.
3
Bax: «Вопросы антропологии», № 20, 1964, c. 8-12.
4
M.&. М.Ф.Нестурх. «Происхождение человека». М., 1970, c. 401.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
318
Dostları ilə paylaş: