Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
319
heyvanlar və bitkilər aləmində olduğu kimi, dildə də cins,
növ və ailənin mövcudluğunu iddia etmişdir. Bu məsələdə
naturalist dilçi A.Şleyxer tək deyildi. Hətta XX əsrin I rü-
bündə də bu konsepsiyanın tərəfdarları olmuşdur.
Dili bioloji hadisə kimi başa düşmək dilçilikdə
natura
list, yaxud
bioloji cərəyan adlanır. Bu cərəyan hələ XIX əsrdə
bir çox dilçilər, o cümlədən İohani Madviq və A.Potebnya
tərəfindən tənqid edilmişdir.
Nəhayət qeyd etməliyik ki, dilin təbiəti, onun ictimai
mahiyyəti naturalistlər tərəfindən inkar olunaraq düzgün
izah olunmamış, bu məqsədlə qeyri-obyektivliyə yol veril-
mişdir. Buna görə də Darvin təliminə əsaslanan dilçilik na-
turalizmi dil haqqında elmə heç bir şey verə bilməmişdir.
Dostları ilə paylaş: