Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
320
mısında
dil birtərəfli, qeyri-elmi şəkildə izah edilmişdir.
Məsələn, H.Şteyntal fərdi psixikanı
dilin mənbəyi hesab
edirdi
1
. Bu ideyanın tərəfdarları ancaq təcrid olunmuş fər-
di təfəkkürün qanunauyğunluqlarını, fərdi insan psixika-
sının öyrənilməsini vacib və lazımi hesab edirdilər. Dilçi-
likdə psixologizm cərəyanının tərəfdarları belə hesab edir-
dilər ki, dillərin müxtəlifliyi insanların fərdi psixikalarının
müxtəlifliyi ilə bağlıdır.
Elm dil hadisələrinin psixoloji cəhətdən izahını məq-
bul saymır. Çünki dil psixi hadisə olsaydı, şəraitin və xari-
ci mühitin təsirindən asılı olmayaraq, ayrı-ayrı adamların
xüsusi dili olardı və nəticədə onlar bir-biri ilə danışa bil-
məzdilər
2
. Üzvlərindən hərəsinin
özünəməxsus fərdi bir
dili olan xalq yoxdur və ola da bilməz. Hər bir xalqın dili
həmin xalqın bütün nümayəndələrinin vahid dilidir.
Yuxarıda qeyd olunanları yekunlaşdıraraq demək la-
zımdır ki, dil nə bioloji və nə də psixoloji hadisədir, o, yalnız
ictimaiyyətin məhsuludur. Deməli, dil ictimai hadisədir.
Dostları ilə paylaş: