Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
314
lif dillərdə uşaqların işlətdikləri sözlər fonetik tərkibcə də
bir-birinə uyğun gəlmir. Məsələn, azərbaycanlı uşaqları-
nın dilində işlədilən
bəbə sözünün mənası
ingilis dilində
beybi (baby) sözü ilə ifadə edilir.
Dil və irq
Məlumdur ki, yer üzərində yaşayan milyonlarla insa-
nın zahiri əlamətləri bir-birinin eyni deyildir. Belə ki, bəzilə-
rinin dərisi ağ, bəzilərininki qara, bəzilərininki isə sarı və ya
nisbətən tünd rənglidir. Yaxud ayrı-ayrı insan qruplarında
başın, gözün, burunun və s. quruluşunda,
dişlərin düzü-
lüşündə, baş tüklərinin diametrində və s. müəyyən fərqlər
nəzərə çarpır. Bu fərqlər insanların tarixi inkişafı nəticəsində
əmələ gəlmişdir. İnsan tarixi minilliklərlə bağlıdır. Hələ qə-
dim dövrlərdə həyat çox sərt olmuşdur. Qida axtarmaq, öz
şəraitlərini yaxşılaşdırmaq üçün insanlar bir yerdən başqa
yerə köçmüşlər. Bu zaman fiziki cəhətdən zəif olanlar hə-
yatın çətinliklərinə, o cümlədən günəşin yandırıcı şüalarına,
güclü küləklərə, leysan yağışlara, aclığa, susuzluğa tab gə-
tirməyib məhv olmuşlar. Qüvvətli olanlar isə bunlara döz-
müş, özləri üçün şərait yaratmağa çalışmışlar. Əmək prose-
sində insanlar isti və soyuğa uyğunlaşır, bərkiyir və möh-
kəmlənirdi. Şəraitlə əlaqədar olaraq insanlar arasında fərqli
zahiri əlamətlər meydana çıxmışdır. Məhz həmin əlamətlər
sonralar insanların irqi təsnifi üçün əsas olmuşdur.
Antropoloq və bioloqların müəyyən etdiklərinə görə,
başlıca irqi əlamətlər bunlardır: dərinin və saçın rəngi, sa-
çın forması, üzün və bədənin tüklə örtülməsi, gözün da-
ralması, başın, sifətin, burunun, boyun uzunluğu
1
və s.
bu əlamətlərdən əlavə nisbətən az səciyyəvi olan cəhətlər
də vardır.
1
М.Ф.Нестурх. «Происхождение человека». М., 1970, c. 381.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
315
İrq insanların bioloji qruplaşdırılmasıdır.
Buna görə
də irqi təsnif çox mürəkkəb və çətindir. Bu, insanlar ara-
sında qəti sərhəd qoya bilmir. Belə ki, bu və ya başqa irqin
nümayəndəsinə aid edilən əlamət bəzən digərinə də məx-
sus olur. Deməli, irqi bölgü ancaq şərtidir.
Köhnə bölgüyə görə, müasir insanlar 3 böyük irqə bö-
lünürlər
1
. Yeni bölgüyə görə isə insan cəmiyyətində dörd
irq müəyyənləşdirilir. Bunlar aşağıdakılardır:
Dostları ilə paylaş: