Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
307
Bu səslərin ünsiyyət üçün şərti işarə olmasına şübhə yox-
dur. Lakin meymunda müşahidə edilən 20-30 “səs-söz”
heç də dil deyil. Çünki bu “sözlər”
insan sözünün ifadə
etdiyi mənadan çox-çox uzaqdır. Bundan başqa, tədqiqat-
çıların müəyyən etdiklərinə görə, meymunun çıxardığı
səslər
hadisə ilə, vəziyyətlə əlaqədar olur. Buna görə də
hadisə olmayanda meymun həmin keçmiş hadisəni yada
salıb müvafiq səsi çıxara bilmir.
İnsan dilini heyvana öyrətmək cəhdləri də çox olmuş-
dur. Bəzi tədqiqatçılar heyvanlara söz öyrədib onları insan
kimi danışdırmaq istəmişlər. Məsələn, amerikalı
Robert
İerks meymunun başqa cəhətlərini tədqiq etməklə yanaşı,
xüsusi bir təcrübə də aparmışdır. O,
banan sözünü meymu-
na öyrətmək istəmişdir. Bu məqsədlə otağın arakəsməsin-
də kiçik pəncərə qoydurmuşdur. Təcrübə apardığı mey-
munu pəncərənin qarşısına gətirib özü üç dəfə “ba” tələf-
füz etmişdir. Həmin anda pəncərə açılmış və oraya banan
qoyulmuşdur. Bu təcrübə iki həftə davam etmiş, lakin heç
bir zaman meymun
“ba, ba, ba” deməmişdir. Bundan son-
ra tədqiqatçı daha bir sıra təcrübələrə əl atmışdır. Başqa
alimlər tərəfindən də bu formada
və buna oxşar onlarca
təcrübə və müşahidələr aparılmışdır. Nəticədə məqsədə-
müvafiq, demək olar ki, heç bir şey əldə edilməmişdir.
Heyvana dil öyrətmək təcrübələrində
itlər üzərində
görülmüş işlər də maraqlıdır. Bəzi alimlər uzun illər itə dil
öyrətməyə çalışmış, lakin onların səyləri nəticəsiz qalmış-
dır. Yeri gəlmişkən deməliyik ki, heyvan, xüsusilə it insanı
az da olsa “başa düşür”. Ona “qalx” deyəndə qalxır, “da-
yan” deyəndə dayanır, adı ilə və ya fitlə çağıranda gəlir,
qısqırdanda hücum edir və s. Elə bu cəhəti nəzərə alan
bəzi geridəqalmış tayfalar belə iddia edirlər ki, guya itlər
insan dilini bilir, amma özlərini dilbilməz göstərirlər, həm
də bunu ona görə edirlər ki, insanlar onların üzərinə əlavə
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
308
iş qoymasınlar
1
. Bu, əlbəttə, belə deyil və belə də ola bil-
məz. İtlər üzərində elmi təcrübələr aparmış alimlər sübut
edirlər ki, həmin heyvanlar mənaya yox, danışanın ancaq
intonasiyasına “fikir verirlər”. Buna görə hətta xüsusi təlim
almış elə bir it də ola bilməz ki, o, insanı tam başa düşsün,
danışığın müxtəlif tonunu fərqləndirə bilsin və eşitdiyinə
müvafiq hərəkət etsin.
Nəhayət, haqqında
bəhs etdiklərimizi ümumiləş-
dirərək demək olar ki, dil insan anlayışı ilə üzvi surətdə
bağlıdır və dil canlı varlıqlardan ancaq insana məxsusdur.
Heç bir özgə canlı varlıq insan dilini öyrənib ondan insan
kimi istifadə edə bilməz. Çünki dil də təfəkkür kimi yalnız
insan cəmiyyətində mövcud olub insanlara xidmət edir.
Dilin sahibi insandır.
Dostları ilə paylaş: