Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
305
dən insanabənzər meymunlar müxtəlif elm sahələrində
çalışanların diqqətini cəlb etmişdir.
Qədim Misir həkim-
ləri insan cəsədini yarıb meymun orqanizmi ilə müqayisə
etmişlər. Onlar hər iki canlının quruluşunda uyğun olan
üzvləri müəyyənləşdirmişlər. Meymun üzərində müşa-
hidə aparılması
işi get-gedə genişlənmiş, xüsusən XVIII
əsrdə meymunun hərəkətlərini tədqiq etməyə maraq güc-
lənmişdir. Lakin qeyd etməliyik ki, bu sahədəki tədqiqlər
görkəmli təbiətşünas
Çarlz Darvinin (1809–1882) təkamül
nəzəriyyəsindən sonra, yəni XIX əsrdən daha geniş vüsət
almışdır. Bu dövrdən müxtəlif məqsədli təcrübələr aparıl-
mağa başlanılmışdır. Alman zoopsixoloqu Volfanq Köler
və başqaları meymunun “əqli bacarığı” ilə maraqlanmış-
lar. Rus tədqiqatçısı N.N.Ladıgina-Kots isə həm də əlaqə-
dar şəkildə meymunun mimikasını öyrənmişdir. O, mey-
munun üz hərəkətini bir neçə il müddətində müşahidə edə
bilmişdir.
Onun eksperiment apardığı
İoni adlı
meymun gül-
mək, ağlamaq, təəccüblənmək, hirslənmək, həyəcanlan-
maq kimi hisləri müxtəlif mimikalarla ifadə etmişdir. Bu-
nunla yanaşı, tədqiqatçılar sübut edirlər ki, meymun insa-
nın əlindən tutub onu istədiyi səmtə çəkir, diqqəti özünə
cəlb etmək üçün
insana kiçik daş ata bilir, maraqlandığı
işlə inamla məşğul olmağı bacarır və s.
Ümumiyyətlə, meymun üzərində elmi təcrübə aparan-
ların bir çoxu şimpanzenin mimika zamanı sir-sifətini hərəkət
etdirdiyini, ağız və dodaqlarını, gövdəsini oynatdığını qeyd
etmişlər. Bundan başqa,
insan kimi, onun da qıdığı tutdu-
ğunu müəyyənləşdirmişlər. Bu haqda Darvin deyir: “Cavan
şimpanzeni qıdıqladıqda o, şaqqıldayıb gülür, bu gülüş eyni
vəziyyətdə bizim uşaqların gülüşlərinə bənzəyir”.
Meymunun “dili” ilə daha çox maraqlanmışlar. İndiyə
kimi meymun “dilinə” həsr olunmuş onlarca elmi-təd qiqat
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
306
əsəri meydana çıxmışdır. Meymunun “dil qabiliyyəti” ay-
dınlaşdırılarkən iki istiqamətdə tədqiqat işi aparılmışdır:
bunlardan biri meymun dilini öyrənmək, digəri isə mey-
muna dil öyrətməkdir. Bu məsələlərin həllinə dair bir neçə
tədqiqatın nəticəsinə nəzər yetirək.
Amerika alimi
Harner meymun “dilini”
öyrənməyə
böyük səy göstərmişdir. O, apardığı müşahidələr əsasında
“Meymunların dili” adlı əsər yazmışdır. Harner bu əsərin-
də meymunun xüsusi dili olduğunu təsdiq edir və göstərir
ki, meymunda məlumat almaq və məlumat vermək baca-
rığı mövcuddur.
Bununla bərabər, o yazır ki, guya meymunun çıxar-
dığı hər bir səsin müəyyən anlayışla bağlı leksik məna-
sı vardır, məsələn, meymunun müəyyən səsi “yemək”,
müəyyən çığırtısı “içmək” və sair kimi anlayışları bildirir.
Nəhayət, Harner belə bir fikrə gəlib ki, guya meymunun
dili var, insan onunla danışa bilər. Doğrudanmı meymunla
danışmaq olar? Əlbəttə yox.
“Meymunun dili” ilə rus tədqiqatçısı
N.N.Ladıgi-
Dostları ilə paylaş: