Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
329
Deməli, musiqi varlığı dil kimi əks etdirməyə malik
deyil. Lakin burada bir cəhəti qeyd etmək yerində olar ki,
musiqi insan qəlbinin çırpıntılarını ifadə etməkdə dildən
fərqlənir. Belə ki, bu çırpıntıların çalarlığını
dərinliyi ilə
təsvir etməkdə dilin sözləri acizdir. Belə hisləri musiqinin
ecazkar səsi dinləyiciyə təsirli şəkildə çatdıra bilir.
Musiqi çox təsirli vasitədir. İnsan musiqini dinlərkən
nəyi isə öz xəyalında canlandırır, musiqi insanı xəyallar
aləminə aparır, bütün xoş xatirələri yenidən yada salır...
Musiqi insanın duyğu və hislərinə təsir edərkən onu ruh-
landırdığı kimi, qəmləndirə də bilir.
Musiqi ünsiyyəti universal xarakterə malikdir. Bu ün-
siyyət milliyyətindən, ölkəsindən asılı olmayaraq hər bir
insan üçün aydındır. Musiqidə universallıq
hətta dildən
çox-çox genişdir. Belə ki, dil bir və ya bir neçə xalq üçün
universaldırsa, musiqi xalqlar sərhədini keçir. Məsələn, biz
italyan, fransız, alman, türk, gürcü dillərini bilməsək də,
onların musiqisindəki mənanı başa düşürük. Bəli, bu, an-
caq musiqi dilinin universal təbiəti sayəsində mümkün ola
bilər. Musiqi xalq məişətinə geniş daxil ola bilmişdir. O,
insanı bütün həyatı boyu müşayiət edir. İnsan lap körpəli-
yindən, beşikdə ana laylasının musiqi sədalarını eşidir və
dinləməyə alışır. İnsan istər qəmləndikdə, istər şənləndik-
də musiqiyə müraciət edir (bəzən öz-özünə oxuyur), on-
dan təsəlli və ya qüvvət alır.
Musiqinin də materialı səslərdir. Dilin sözlərini səs və
səs kompleksi təşkil etdiyi kimi, melodiya
1
da səslərdən
2
ibarətdir. Musiqidə 7 əsas səs vardır. Həmin səslərin adları
belədir:
do, re, mi, fa, sol, lya, si.
1
Melodiya sözü yunan mənşəli olub “mahnı oxumaq” mənasını ifadə edir.
Melos “oxumaq”,
oda “mahnı” deməkdir.
2
Musiqidəki səs dalğalarının miqdarı 27-dən 4 minə qədər olur ki, bunu da insan qulağı
asanlıqla qəbul edə bilir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
330
Az miqdarda olan bu səslər müxtəlif məqamlarda bir-
ləşdirilərək bir-birindən fərqlənən minlərcə melodiya ya-
radır. Dinlədiyimiz melodiyalar müxtəlif səslərin təsadüfi
və ya mexaniki birləşməsi deyil. Burada müəyyən zəruri
qayda və qanunlar vardır ki, hər bir ünsür onun tələbinə
uyğun qurulur
1
. Musiqi dilinin bir neçə ünsürü vardır;
məsələn, lad, ritm,
interval, akkord və s.
Melodiyanı təşkil edən hər bir səs musiqi alətləri ilə
əmələ gəlir. Bu musiqi alətlərinin və ümumiyyətlə, mu-
siqinin yaradılmasının qədim tarixi vardır. Hələ lap uzaq
keçmişdə insanlar əmək prosesində və ya müxtəlif ha-
disələr baş verən zaman öz hiss və həyəcanlarını bildir-
mək üçün zümzümə etmiş, ibtidai formada mahnı oxu-
muşlar. Lap qədimdə insanlar ayaqlarını
yerə döymək,
daş və ya ağac parçalarını bir-birinə vurmaqla oxuduqları
mahnıya uyğun səs çıxarmışlar. Beləliklə, get-gedə zərb
alətləri yaranmışdır. Boğuq səs çıxarmaq üçün meydana
gələn ilk çalğı aləti təbildir
2
. Bu alət ağacdan hazırlanırdı.
İnsanlar sonradan onu təkmilləşdirərkən dəridən də isti-
fadə etmişlər.
Ümumiyyətlə, musiqi alətlərinin inkişafı ilə əlaqədar
“...tədricən ayrı-ayrı, çox da böyük olmayan melodiyalar,
musiqi cümlələri, səs sıraları və s.” yaranmışdır
3
.
Musiqi inkişaf etdikcə onu yadda saxlamaq çətinləşir-
di. Buna görə insanlar musiqi yazısını yaratdılar. Bu yazı-
da səslər not işarəsi ilə göstərilir. Not yazısının meydana
çıxması musiqi tarixində xüsusi əhəmiyyət kəsb etmişdir.
Bunun vasitəsilə böyük həcmli əsərlər yaradılmış və mey-
dana çıxan ən gözəl əsərlərin bütün dünyaya yayılması tə-
1
A.Coxop. «Музыка как вид искусства». M., Музгиз, 1961; Н.Нестеров. Как понимать
музыку. M., Музгиз, 1962; Л.Стоковский. Музыка для всех нас. M., 1968.
2
Musiqi tarixinə dair baxın: “Musiqi və həyat”, B., 1961, səh. 11.
3
Yenə orada.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
331
min edilmişdir.
Musiqi universal olduğu kimi, onun not
yazısı da tamamilə beynəlxalq xarakterlidir.
Musiqi, özünün əlamətdar
cəhətlərinə baxmayaraq,
dil kimi geniş ünsiyyət vasitəsi deyil. Çünki hər şeydən
əvvəl, o,
monoloji xüsusiyyətlidir və buna görə də qarşılıqlı
ünsiyyət yarada bilmir.
Dostları ilə paylaş: