Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
342
Dilin ekspressiv vəzifəsi
Dil fikirləşmə, anlaşma vasitəsi olmaqla yanaşı, həm
də fikri təcəssüm etdirmə alətidir. Dilin fikri təcəssüm et-
dirməsi onun ekspressiv
1
vəzifəsi adlanır. Dilin bu vəzifə-
sinə yalnız fikrin təcəssüm olunması deyil, həm də dillə in-
san emosiyasının ifadə etdirilməsi də daxildir. İnsan emo-
siyasının dildə müxtəlif ifadə formaları vardır. Danışanın
emosiyasını ifadə etmək üçün
xüsusi leksik vahid nida
sözləridir. Bununla yanaşı, insan
hissinin çoxcəhətli ça-
larlığını əks etdirmək məqsədilə “bax belə”, “ola bilməz”,
“ola bilsin ki” və s. bu tipli ifadələrdən də geniş istifadə
olunur. Bunlardan başqa, dilin qrammatik formaları, into-
nasiya, vurğu və s. vasitələrin köməyilə də insan emosiyası
istənilən şəkildə ifadə oluna bilir.
Dil öz spesifik vəzifələri (kommunikativ və ekspres-
siv) əsasında daha bir neçə vəzifəni
də yerinə yetirməli
olur; məsələn, danışanla dinləyənlər arasında kontakt ya-
ratmaq vəzifəsini. Bu vəzifə nəzəri dilçilik ədəbiyyatında
faktik vəzifə adlandırılır. Dilin başqa bir vəzifəsi danışanı
özünə qulaq asmağa yönəltməsi, cəlb etməsidir. Məlum-
dur ki, insan öz nitqini izləməsə, fikrini dinləyiciyə lazımi
şəkildə çatdıra bilməz. Bu deyilənlərdən əlavə, dilin insanı
əhatə edən əşya və hadisələri adlandırmaq, ümumiləşdir-
mə aparmaq və s. vəzifələri də vardır.
Dil bu vəzifələrin hər hansı birində çıxış edirsə-etsin,
insanın fikri fəaliyyətini fonetik, leksik və qrammatik va-
hidlərlə ifadə edir. İnsan düşünəndə və danışanda da dil
vahidlərinə müraciət edir. Dil vahidindən kənar fikrin var-
lığı qeyri-mümkündür.
Dilin kommunikativ və ekspressiv vəzifələri bir-birilə
üzvi surətdə bağlıdır.
1
Ekspressiya (expressio) latın sözü olub “ifadəlilik” deməkdir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
343
Dostları ilə paylaş: