Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
339
çağı və çox uzaqdan məlumat vermək olur. Amerika hin-
diləri bunu çox təkmilləşdirmişlər. Onlar tüstünün çoxlu-
ğu, qalınlığı, ara verməsi, tonqalın miqdarı və digər cəhət-
ləri ilə çox müxtəlif anlayışlar ifadə edirlər. Tüstü siqnalı
yaratmaq üçün uca və görünən yerdə tonqal qalayırlar.
Bunun üçün tayfa nümayəndələrindən
xüsusi keşikçilər
tüstünü çoxaltmaq
üçün tonqala yaş yanacaq, məsələn,
yaşıl budaq, ot və s. atırlar. Qalın tüstünün arasını kəsib
hissə-hissə buraxmaq üçün mal gönündən istifadə edirlər.
Belə ki, gönü tonqala atanda tüstü ara verir, onu qaldıran-
da yenə çoxalır. Tüstü vasitəsilə düşmənin gəlməsi, vuruş-
lardakı vəziyyət və sair haqqında
əhaliyə məlumat verə
bilirlər.
Alov siqnalları ilə ünsiyyət. Bu
vasitədən, əsasən,
gecə istifadə olunur. Düşmən basqını zamanı, yaxud bəd-
bəxt hadisə baş verəndə, yaşayış yerlərini su basanda və
sair hallarda alov ucaldılır və bütün tayfa üzvlərinə müəy-
yən məlumat verilir. Alov siqnallarında da alovun miqda-
rı, həcmi, ucalığı və s. müəyyən şərtləşdirilmiş anlayışlarla
bağlıdır.
Dostları ilə paylaş: