1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə202/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   198   199   200   201   202   203   204   205   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

8.02. DİLİN YARANMASINA DAİR 
 
MÜXTƏLİF NƏZƏRİYYƏLƏR
Dilin mənşəyinə dair alimlər ümumi bir nəticəyə gələ 
bilməmişlər; buna görə də ta qədimdən başlayaraq son 
zamanlara qədər çoxlu və müxtəlif nəzəriyyələr meydana 
çıxmışdır. Bizə məlum olan bu nəzəriyyələr mahiyyətlə-
rinə görə iki yerə bölünür: a) fərdi nəzəriyyələr; b) ictimai 
nəzəriyyələr.
Fərdi nəzəriyyələrdə dilin yalnız bir cəhəti, yəni onun 
ekspressivliyi nəzərə alınırdı. Buraya səs təqlidi və nidalar 
nəzəriyyəsi aiddir. Bunlarda dilin başlıca cəhətinə (kom-
munikativ vəzifəsinə) diqqət yetirilmədiyi üçün məsələyə 
dair tam inandırıcı fikir irəli sürülməmişdir.
İctimai nəzəriyyələrdə isə dilin kommunikativliyi 
nəzərə alınır, dil ünsiyyət vasitəsi kimi şərh olunur, onun 
yaranma səbəblərinin aydınlaşdırılmasına cəhd göstərilir. 
Lakin bu nəzəriyyələrdə dilin kommunikativliyi ətraflı və 
zəruri faktlarla izah edilmir. Bunlarda bəzən birtərəfliyə, 
səthiliyə, uydurmaya yol verilir.
Dilin yaranmasına dair fərdi nəzəriyyələr daha çox 
yayılmışdır. Bunların tarixi də nisbətən qədimdir.
1. Dilin yaranmasına dair səs təqlidi nəzəriyyəsi
Səs təqlidi (səs yamsılama) nəzəriyyəsi dilin mənşə-
yinə dair ilk fərdi nəzəriyyələrdən biridir. Bu nəzəriyyə 
bizim eradan əvvəl V-IV əsrlərdə qədim Yunanıstanda 
yaranmış, onu stoiklər irəli sürmüşlər. Elmi ədəbiyyatda 
səs təqlidi nəzəriyyəsinə “vau-vau nəzəriyyəsi” də deyilir; 
bunu XIX əsrdə Maks Müller belə adlandırmışdır.
Səs təqlidi nəzəriyyəsinə görə, dil ilk insanların guya 
eşitdikləri səsləri təqlid etməsi əsasında əmələ gəlmişdir. 
Belə ki, insan gördüyünü başqasına xəbər vermək üçün 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
355
həmin şeyi əyani təsvir edib, onun səsini təqlid etmişdir; 
məsələn, qoyun gördüyünü bildirmək üçün başını aşağı 
salıb mələmiş, yaxud itlə rastlaşdığını “söyləmək üçün” 
başını yuxarı tutub “hürmüşdür”... Beləcə də qurd (cana-
var) görəndə ulamış, öküz görəndə böyürmüş və bu qay-
da ilə bütün heyvanların, quşların səslərini və get-gedə 
müxtəlif əşya və təbiət hadisələrinin gurultusunu, vıyıltı-
sını, şırıltı və xırıltısını da eşidib təqlid etmişdir. Bu nəzə-
riyyənin tərəfdarlarına görə, təqlid olunan bu səs birləş-
mələri sonralar sözə çevrilmiş və dilin ilk leksik vahidləri 
olmuşdur. Guya dilin digər sözləri də buradan və bu yolla 
yaranmışdır.
Məlumdur ki, insanı əhatə edən təbiət və məişətdəki 
canlıların, əşya və hadisələrin hamısı səs çıxarmır. Bəs bu 
səs çıxarmayan “lal” varlıqlar necə ifadə edilə bilərdi? Bu 
suala cavab üçün səs təqlidi nəzəriyyəsinin tərəfdarları səs 
təqlidi anlayışının sərhədini süni şəkildə çox-çox genişlən-
dirməyə, həddindən artıq böyütməyə çalışmış və sadəcə 
olaraq demişlər ki, səs çıxarmayan şeyləri də səs təqlidi ilə 
ifadə etmək olar... Çox qəribə fikirdir. Görəsən, insan həya-
tı üçün zəruri olan geymək, yemək, yaşayış şeylərini necə 
ifadə etmək olarmış? Dilin əmələ gəlməsini insanların təq-
lid etdikləri səslərlə bağlayan nəzəriyyənin təhlili göstərir 
ki, burada irəli sürülmüş müddəalar elmi cəhətdən tam 
əsaslandırılmadığı üçün bir sıra qüsurlara yol verilmişdir. 
Həmin qüsurlar aşağıdakılardan ibarətdir.
1. Müasir dillərin leksik tərkibinin etimoloji təhlili 
müəyyən etmişdir ki, dildə təqlidi sözlər olduqca az-
dır. Lakin səs təqlidi nəzəriyyəsi belə sözlərin azlığını 
nəzərə almamış və doğru olmadan bunları dilin ya-
ranmasında əsas hesab etmişdir.
2. Bizi əhatə edən maddi varlıqdakı əşya, cisim, hadisə 
və digər şeylərin əksəriyyəti səs çıxarmağa və ya səs-


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
356
lənməyə, səs törətməyə malik deyildir; məsələn, tor­
paq, ev, ay, ulduz, günəş, çörək, ət və sair. Bunları heç 
cür yamsılamaq olmur. Bu “lal” varlıqlara necə ad 
verildiyini səs təqlidi nəzəriyyəsi düzgün izah edə 
bilməmişdir.
3. Dildəki təqlidi sözlər insan həyatı üçün zəruri olan 
məfhumları ifadə etmir, məsələn, qaqqıltı, qurultu, xı­
rıltı, uğultu, gurultu, böyürtü, şırıltı və sair. Bu cəhəti 
nəzərə alaraq qeyd etmək olar ki, təqlidi ünsürlər di-
lin ilk sözləri olmamış və ola da bilməzdi.
4. Ayrı-ayrı dillərin leksik tədqiqi göstərir ki, təqlidi 
sözlər dilin inkişafının yaxın dövrünə aiddir
1
. Belə ki, 
ilk insanın orqanları danışıq səslərini çıxarmaq üçün 
formalaşmadığı bir dövrdə insanlar təbiətin müəyyən 
hadisə və canlılarının səslərini yamsılayıb ona müva-
fiq olan səs çıxara bilməzdi. Hətta indi təbiətin elə səs-
ləri var ki, insanın danışıq üzvlərinin çox inkişaf etdiyi 
müasir dövrdə onları tələffüz etmək olmur. Məsələn, 
od yananda alovdan çıxan səsi heç cür tələffüz etmək 
mümkün deyil.
Beləliklə, aydın olur ki, dildəki qur(ultu), tıs(ıltı), qur­
bağa, tısbağa və sair kimi sözlər insanın səs təqlidi bacarı-
ğının inkişafı nəticəsində əmələ gəlmişdir. Lakin qeyd et-
məliyik ki, bu sözlərin yaranma tarixi, təbii olaraq, müxtə-
lifdir. Məsələn, yuxarıdakı sözlərdən, şübhəsiz ki, qur(ul­
tu), tıs(ıltı) sözləri daha qədimdir. Nisbətən yeni söz olan 
tısbağa və qurbağa sözləri isə aşağıdakı formada sonradan 
yaranmışdır:
1
Bəzi dilçilər dillərdə qədim səs təqlidinə aid sözlər tapmaq mümkün olduğunu və bun-
ların hamısının dilin müasir mərhələsinə aid olmadığını söyləyirlər. Əlbəttə, təqlidi sözlər 
eyni dövrdə yaranmamışdır. Buna görə də onların bir qisminin qədim olduğuna inanmaq 
mümkündür.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
357
tıs
qur
bağa
tısbağa
qurbağa
tısıldayan bağa
quruldayan bağa
Deməli, dildə əvvəlcə qur(ultu), tıs(ıltı), bağa sözləri 
yaranmış, sonra bunların birləşməsindən qurbağatıs­
bağa sözləri əmələ gəlmişdir. Bu canlılardan (bağalardan) 
biri tısıldadığına görə ona tısbağa, digəri isə quruldadığına 
görə ona qurbağa adı verilmişdir.
5. Dilin lüğət tərkibinin müəyyən hissəsini mücərrəd 
anlayışları bildirən sözlər təşkil edir. Lakin təqlidi 
sözlərin bunlarla heç bir əlaqəsi yoxdur və bu nəzə-
riyyə həmin sözlərin yaranmasını da izah edə bilmir.
6. Bütün dünya dillərində mövcud olan təqlidi sözlə-
rin fonetik tərkibi eyni deyildir. Canlıların çıxardığı 
əşya və hadisələrin törətdiyi eyni səs müxtəlif dillərin 
özünəməxsus səs və səs kompleksi ilə ifadə olunur
məsələn:

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin