1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə210/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   206   207   208   209   210   211   212   213   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Avstralopitekin qalıqları (skelet ünsürləri nəzərdə tu-
tulur) Cənubi Afrikada tapılmışdır
1
. Bunlar forma və qu-
ruluşlarına görə başqa varlıqlardan, hətta lap yaxın qohum 
olduğu insanabənzər meymundan da fərqlənirdilər. Bu 
fərqlər avstralopitekin kəllə, diş, əl və ayaqlarının qurulu-
şunda özünü göstərmişdir. Belə ki, avstralopitekin kəllə-
sinin formasında həm meymun, həm də insan başına xas 
olan cəhətlər olmuşdur. Dişlərinin sistemi dəyişmiş (onun, 
meymunda olduğu kimi, iri dişləri yox idi), əlləri nisbətən 
təkmilləşmiş, dal ayaqlarının formasında da dəyişiklik 
əmələ gəlmişdir. Lakin onlar sürətlə qaça bilmirdilər.
Alimlərin müəyyən etdiklərinə görə, avstralopiteklər 
yalnız səhralarda – çəmənlik və otlaqda deyil, həm də kol luq 
yerlərdə və qayalar arasında da yaşamışlar. Onlar təh lükə za-
manı özlərini qorumaq üçün mağaralara sığınardılar.
Ehtimal olunur ki, avstralopiteklər yem tapmaqda çox 
çətinlik çəkirdilər. Belə ki, onları yem üçün əldə etdikləri 
quş yumurtası, bitki və eşib çıxardıqları bitki kökləri daha 
təmin etmirdi. Buna görə də onlar heyvan ovlamağa, ət 
yeməyə başlamışlar. Tək-təkinə heyvan ovlamağı və vəh-
şilərdən qorunmağı bacarmırdılar.
Odur ki, dəstə təşkil edib birgə ov etməli və çalışmalı 
olurdular. Ov zamanı ilk dəfə daşdan, ağac qırıntısından, 
heyvan sümüyü və buynuzundan alət və silah kimi is ti fa-
də etməyə başlamışdılar. Bunlar təbii vasitələr idi. Lakin 
za man keçdikcə daşı daşa vurub qıraraq onun iti tərəfi ola-
nı seçir, dəyənək hazırlayır, ağac parçasının ucunu daşla 
yonurdular. Bütün bunlar süni alət qayırmağın ilk qədəm-
1
Tədqiqatçılar avstralopitek sümüklərini 1925-ci ildə əldə etmişlər.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
374
ləri idi. Bu proses beynin fəaliyyəti nəticəsində olan bəsit 
əməyin rüşeymi hesab olunur. Bax, bu dövrdə, yəni avs-
tralopitekin təkamülünün son pilləsi və həqiqi insan təşək-
külünün astanasında dilin də bəsit, hətta lap bəsit rüşeymləri 
meydana çıxırdı. Materialist nəzəriyyə öyrədir ki, əmək in-
sanın özünü və dilini yaratmışdır. Deməli, bəsit əmək olan 
yerdə bəsit də “dil” olmalı idi. Bu “dil”, əlbəttə, bizim indi 
istifadə etdiyimiz dil kimi olmayıb, üzvlərinə bölünməyən, 
lakin kommunikasiya məqsədli az miqdar səslərdən ibarət 
idi. Uzun illər bu formadan istifadə edilmiş və nəhayət, in-
sanlığın müxtəlif mərhələsindəki inkişafı əsasında get-ge-
də həqiqi səsli dil formalaşmışdır.
Avstralopitek Afrikada tapıldığından bəzi alimlər 
belə fərz etmişlər ki, Afrika insanlığın beşiyi olmuş və 
yer üzünə insanlar buradan yayılmışlar. Bu fikrin əksinə 
olaraq bəzi alimlər isə Asiyanı insanın ilk vətəni hesab et-
mişlər. Ümumiyyətlə, birinci fikri müdafiə edənlər daha 
çoxdur. Demək lazımdır ki, insanlaşma üçün Afrika öz tə-
bii şəraiti ilə daha münasib yer olmuşdur. Yenicə forma-
laşan insan burada hər şey əldə edə bilmiş və yaşamışdır.
Kökləri qədim insanabənzər meymunlardan baş-
layan “insanlaşma” çox uzun sürən proses olmuşdur. 
Buna görə də dünya sahəsinə həqiqi insan milyon-mil-
yon illər keçdikdən sonra gəlmişdir. Həqiqi insanın in-
kişafının üç mərhələsi müəyyənləşdirilmişdir
1
: 1) ilk in-
san mərhələsi; 2) qədim insan mərhələsi; 3) müasir insan 
mərhələsi.
Bu mərhələlərdə dilin vəziyyəti necə olmuşdur? Bu 
sualı aydınlaşdırmaq üçün dil məsələsini insanın tarixi ilə 
müvazi şəkildə nəzərdən keçirmək lazım gəlir.
1
Antropoloqların bu haqda müxtəlif bölgüləri vardır, hətta belə bir bölgüyə də təsadüf olu-
nur: a) lal insan; b) səfeh insan; c) ağıllı insan. Bu bölgü, əlbəttə, inandırıcı deyildir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
375

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin