1. ÜMumi DİLÇİLİk I indd


Dilin yaranmasına dair əmək hıçqırıqları nəzəriyyəsi



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə208/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   204   205   206   207   208   209   210   211   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

5. Dilin yaranmasına dair əmək hıçqırıqları nəzəriyyəsi
Bu nəzəriyyə XIX əsrdə əmələ gəlmişdir. Bunu həmin 
əsrin 70-ci illərində fransız filosofu Lüdviq Nuare (1829–1889) 
irəli sürmüşdür. L.Nuare XIX əsrdə dilin mənşəyini əsaslı şə-
kildə aydınlaşdırmağa cəhd edən tədqiqatçılardan biri idi. O, 
ilk dəfə olaraq, dilin əmələ gəlməsini əməklə bağlamışdır.
Lüdviq Nuarenin əmək hıçqırıqları nəzəriyyəsinə 
görə, dil əmək prosesində insanların çıxardığı instinktiv 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
366
və ya refleksiv hıçqırıqlar əsasında yaranmışdır. Məsələn, 
odun doğrayan adamın baltanı vurarkən, yaxud matrosla-
rın avar çəkərkən çıxardıqları və sair səslər, guya dilin ilk 
sözləri – feilləri olmuş və digər sözlər də bunlardan əmələ 
gəlmişdir.
Filosof L.Nuare “...insan nitqinin ən qədim səsləri çı-
ğırtılardır (nidalar) fikrinə etiraz edirdi. Nuare belə hesab 
edirdi ki, qədim səslər insanın əmək səyini müşayiət edən 
artıq parçalanmış sözlər idi”
1
.
Lüdviq Nuarenin fikrincə, əməklə dil paralel amillər-
dir. Bunlardan dil insanın əmək prosesini müşayiət edir. 
Nuare belə bir fikir də söyləmişdir ki, dil əməyi müşayiət 
etməyə də bilər, yəni səs çıxarmadan da ağaca balta vur-
maq olar:
Dilin əmələ gəlməsini bu nəzəriyyə də aça bilmir. Bu-
nun qeyri-elmi olduğunu aşağıdakı dəlillərdən aydın gör-
mək olur:
1. İş zamanı insanın çıxardığı müxtəlif səslər, hıçqırıqlar 
dildə xüsusi mənaya malik olmayan ritmik sədalardır. 
Bunlar dilin nə kommunikativ, nə də ekspressivlik və-
zifəsini ifadə edir. Dilə xas olan xarakterik cəhətlərin 
heç biri əmək hıçqırıqlarında yoxdur. Buna görə də 
əmək hıçqırıqları dilin əsas vahidi olan söz sayıla bil-
mir.
2. Əməklə dil paralel yaranan (Lüdviq Nuarenin dedi-
yi kimi) hadisələr deyildir. Əmək insanın özünün və 
onun dilinin yaranmasında başlıca rol oynamışdır.
3. Dil əməyi müşayiət etmək məqsədilə deyil, insanlar 
arasında ünsiyyət üçün əmələ gəlmişdir.
4. Əmək hıçqırıqları çox azdır. Bundan əlavə, həmin 
hıçqırıqlara heyvanlarda da təsadüf olunur. Əgər bu 
1
R.A.Budaqov. Dilçiliyə dair oçerklər. Səh. 243.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
367
hıçqırıqlar dilin əsasını təşkil etsəydi, şübhəsiz ki, 
heyvanlar da danışa bilərdi.
Lüdviq Nuare dilin əmələ gəlməsini insanın əmək 
fəaliyyəti ilə bağladığı üçün onun nəzəriyyəsini bəzi alim-
lər F.Engelsin əmək nəzəriyyəsi ilə qarışıq salmışlar. Lakin 
bunlar mahiyyət etibarı ilə bir-birindən kəskin və müqa-
yisəyəgəlməz dərəcədə fərqlidir. Bu nəzəriyyələrin hər 
ikisində dil əməklə əlaqələndirilir, lakin izahı tamamilə 
başqa-başqadır. Bunlardan ancaq F.Engelsin nəzəriyyəsin-
də dilin əmələ gəlməsinin real izahı verilmişdir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin