Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
378
dim adamın düşüncəsinin nəticəsi idi. Bunlar ovçu cəldliyi
və bacarığına malik idilər. Belə adamlar mağara ayısından
tutmuş çox müxtəlif vəhşi heyvanları ovlamışlar. Ov za-
manı müxtəlif üsullardan istifadə etmişlər. Get-gedə əmək
alətlərinin çoxalması və oddan istifadə olunması insanlığın
inkişafı tarixində böyük əhəmiyyət kəsb etmişdir. Məlum
olduğu üzrə, insan öz varlığında üç nailiyyəti ilə: birinci-
si, əmək aləti hazırlaması, ikincisi, ocaqdan istifadə etməsi,
üçüncüsü isə səsli dili yaratması ilə fəxr etmişdir.
Bəs neandertal adamında nitqin – səsli dilin vəziyyəti
necə idi? Hər şeydən əvvəl deməliyik ki, təməli hələ insan-
laşmanın başlanğıcından qoyulmuş, lakin bəsit olan danı-
şıq dil neandertal dövründə də insanın özü ilə birlikdə for-
malaşma yolu keçmişdir. Qədim insan dəstələrində məişət
çox yavaş dəyişirdi. Buna müvafiq olaraq danışıq – dil də
azacıq inkişaf edirdi. Hər dəstədə danışığın – dilin inkişafı
müstəqil idi. Buna görə də şəraitlə əlaqədar dəstələrdə da-
nışığın inkişafı bir-birindən fərqlənirdi. Bu ayrı-ayrı dəstələr
zaman keçdikcə birləşib böyük dəstələr və nəhayət, bəsit cə-
miyyət yaratmışlar. Belə bəsit cəmiyyətdə dəstə dillərindən
biri ümumi olmuş, hamı ondan istifadə etmişdir. Cəmiyyət
inkişaf etdikcə yeni-yeni əmək alətləri, istehsal prosesi ya-
ranmış və bunlar dilin inkişafına öz təsirini göstərmişdir.
Dostları ilə paylaş: