1. ÜMumi DİLÇİLİk I indd


Fikrin uzaq məsafəyə çatdırılması lazım olanda



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə191/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   187   188   189   190   191   192   193   194   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

1. Fikrin uzaq məsafəyə çatdırılması lazım olanda. 
Belə hallarda fikir nisbətən uzaq məsafəyə çatdırılmaq 
üçün barmaq jestləri göstərilir. Lakin fikrin daha uzaq 
1
Bu fikrin təsirində “ilk dilin səsli olmaması” nəzəriyyəsi meydana çıxmışdır. Həmin nəzə-
riyyə haqqında ayrıca bəhs ediləcəkdir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
335
məsafəyə çatdırılması labüd olduqda əlin, qolun, başın və 
hətta bədənin bütün yuxarı hissəsinin iştirakı ilə yaradı-
lan jestlərdən istifadə olunur. Bu zaman jest göstərən şəxs 
uzaqdan görünən yerdə dayanır və başa düşülən formada 
fikri ifadə edir.
2. Adətə görə səsli dillə danışmaq qadağan ediləndə. 
Avstraliyanın bəzi tayfalarında olan adətlərdən biri kişi 
öləndən sonra dul qalmış qadına səsli dildə danışmağın 
qadağan edilməsidir. O qadın öz fikrini ancaq jest və mi-
mikalarla ifadə etməlidir. Deyildiyinə görə, hazırda Avs-
traliyanın aranta adlanan tayfasında dəfn mərasimi zama-
nı səsli dildə danışıq qadağan edilir, hamı bütün prosesi 
fikri jestlərlə ifadə etməli olur.
Bəzi tayfalarda səsli dillə danışmağın qadağan edil-
məsi dini mərasimlərlə əlaqədardır. Həmin tayfalarda dini 
mərasimdə səsli dillə danışmaq böyük qəbahət və hər şey-
dən əvvəl, günah hesab edilir.
Jest və mimikalardan Avropa və Asiya xalqları başqa 
məqsədlə və müəyyən məqamlarda istifadə edirlər.
Jest və mimika nitqə yeni məna çalarlığı verə bilir. 
Bunlar hətta istehza ilə deyilən sözün mənasını dəyişməyə 
səbəb olur. Məsələn, əgər biz hər hansı bir fikri sözlə təsdiq 
formasında ifadə edib, lakin istehza mimikasından istifadə 
etsək, onda fikrin təsdiqi yox, inkarı ifadə olunar. Bundan 
əlavə, jestlərin bir keyfiyyəti də ondan ibarətdir ki, nitq 
bunlarla müşayiət edildikdə onun təsir qüvvəsi qat-qat 
çoxalır, dinləyicinin marağı artır, diqqət ifadə olunan fikir 
üzərində cəmləşdirilir.
Bütün bu cəhətlərinə baxmayaraq, jest və mimikalar 
heç vaxt səsli dili əvəz etməmiş və əvəz edə də bilməz.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin