Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
338
Hər bir monumental əsər müəyyən ideya ilə bağlı olur.
Müəllif hazırladığı heykəldə əks etdirdiyi şəxsin psixoloji
aləmini açmağa xüsusi fikir verir. Heykəltəraşlığın sirlə-
rinə bələd olmaq üçün Tokay Məmmədov və Ömər Elda-
rovun 1964-cü ildə birgə yaratdıqları Füzulinin heykəlinə
(Bakı şəhərində) tamaşa etmək kifayətdir. Bu heykəl tunc-
dan tökülmüş, postamenti qranitdən yonulmuşdur. Böyük
Füzuli düşüncələr içərisindədir, onun qəm karvanı asta-as-
ta hərəkət edir. Heykəlin postamentində həkk olunmuş şə-
killər də ümumi ideyanın vəhdətini təşkil edərək onu ta-
mamlayır. Füzuli heykəli çox məzmunlu olduğu üçün ta-
maşaçıya böyük təsir bağışlayır. Elə bil ki, heykəl tamaşaçı
ilə ünsiyyət bağlayır, fikrini, arzusunu bildirmək istəyir.
Göründüyü kimi, heykəltəraş yaratdığı əsərlə müəy-
yən fikir söyləyir, öz sənətinin dili ilə Füzuli haqqında də-
rin bir məna ifadə edir. Lakin aydın məsələdir ki, bu vasitə
də
canlı dili əvəz etməyə qadir deyildir.
Dostları ilə paylaş: