Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
279
Müasir əlifbalardakı hərflər indiki şəklə düşənə kimi
müxtəlif variantlarda yazılmışdır. Qədim katiblər müxtə-
lif
sənədlərin, kitabələrin üzünü köçürərkən zövqlərinə
uyğun hərəkət etmiş, hərfləri müxtəlif şəkildə yazmışlar.
XV-XVI əsrlərdə kitab çapı
1
hərflərin formalarının eyni cür
(vahid şəkildə) sabitləşməsinə səbəb olmuş və bununla da
müxtəlif əlifba variantlarının aradan qalxmasına imkan ya-
ratmışdır.
Əlifbadakı hərflərlə dildəki səslərin münasibəti. Qrafikanın
digər ümdə vəzifəsi bu və ya başqa əlifbadakı hərflərlə dil-
dəki səslərin münasibətini şərh etməkdən ibarətdir. Qrafi-
ka əlifbadakı bu və ya digər hərfin hansı səsi bildirdiyini
və necə oxunduğunu müəyyən edir. Bir sıra əlifbalarda is-
tifadə olunan eyni formalı qrafik işarələr müxtəlif dillərin
eyni, yaxud yaxın səslərini bildirir. Məsələn, latın və rus
yazısındakı a və o hərfləri eyni səsi əks etdirir. Lakin bəzi
hərflər quruluşca eyni olmasına
baxmayaraq, tamamilə
başqa səsi bildirmək üçün işlənir. Müqayisə edək:
Dostları ilə paylaş: