Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
258
məsələlərindən) bəhs etmişlər.
Lakin qədim dövrdə və
istərsə də orta əsrlərdə sintaksis xüsusi tədqiqat obyekti
olmamış, bu şöbənin mövzusu başqa dil məsələlərinə qa-
rışdırılmışdır. Buna görə də
həmin dilçilik ənənələrində
sintaksis məsələləri çox az tədqiq edilmişdir.
Sintaksis məsələləri XVIII əsrdə rus alimlərini çox
maraqlandırmışdır.
M.V.Lomonosov 1755-ci ildə yazdığı
“Rusiya qrammatikası” adlı əsərində sintaksis məsələlərinə
geniş yer vermişdir. M.V.Lomonosovun dilçilik baxışları,
eləcə də sintaksis, söz birləşmələri sahəsindəki fikirləri on-
dan sonra bir sıra dilçilər tərəfindən inkişaf etdirilmişdir.
Alimin söz birləşməsi haqqındakı fikirləri xüsusilə qram-
matika dərsliklərinə güclü təsir göstərmişdir”
1
.
Sintaksis problemləri XIX əsrdə geniş şəkildə tədqiqat
obyektinə çevrilmişdir. “Bu
dövrdə sintaksisin əhatə da-
irəsi və mövzusu tam mənada dəqiq müəyyənləşdirilməsə
də, bu sahədə çox mühüm işlər görülmüşdür”
2
. Əsrin ilk
illərindən başlayaraq sintaksis məsələləri diqqət mərkəzin-
də olmuş, söz birləşmələri, cümlə müxtəlif cəhətdən tədqiq
edilmişdir. Rus dilçilərindən A.Vostokovun, N.Qreçin,
F.For tunatovun, A.Şaxmatovun, A.Peşkovskinin və başqa-
larının əsərlərində sintaksisə dair bir sıra fərqli fikirlər irəli
sürülmüşdür. XIX əsrdə türk dillərinin sintaksisini tədqiq
etməyə də müəyyən maraq göstərilmişdir. Görkəmli Azər-
baycan alimi
M.A.Kazımbəy öz əsərlərində dilimizin sin-
taktik sisteminin şərhinə xüsusi yer vermişdir.
Doğrudur, M.A.Kazımbəyin yaradıcılığında bu mə sə-
lələr lazımi şəkildə işlənilməmişdir. Lakin Azərbaycan di-
li sintaksisinin təhlili sahəsində onun ideyaları ilk addım
kimi çox əhəmiyyətli olmuşdur.
1
Y.Seyidov. “Azerbaycan ədəbi dilində söz birləşmələri”. Bakı, 1966, səh. 14.
2
Yenə orada, səh. 12.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
259
XX əsr dilçiliyində sintaksisə dair problemlər dərin-
dən və ətraflı tədqiq olunmuş, bu sahədə əsaslı nəzəriyyə
yaradılmışdır.
Dilçilikdə sintaksisə dair
külli miqdarda tədqiqatlar
aparılmasına baxmayaraq, yenə də bəzi məsələlər tam həll
olunmamışdır. Məsələn, sintaksislə əlaqədar qarşıya belə
bir sual qoyulsa ki,
“Cümlə nədir?” – bu suala çox müxtəlif
cavablar verildiyinə rast gələrik.
Dostları ilə paylaş: