1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə233/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   229   230   231   232   233   234   235   236   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

tavka, prefiks, söz kökünün və ya əsasının daxilində iş-
lənənlər isə infiks terminləri ilə adlandırılır. Azərbaycan 
dilçiliyində bu terminlərin hamısı şəkilçi termini ilə əvəz 
olunur. Bu ondan irəli gəlir ki, Azərbaycan dilinin mor-
foloji sistemində şəkilçinin, bir qayda olaraq, söz kökü-
nün və ya əsasının sonunda işlənməsi qanunauyğunluq 
kimi mövcuddur. Flektiv dillərdə budaq morfemlər fəal 
yerdəyişmə xüsusiyyətinə malikdir. Dilçilikdə budaq 
morfemlər sistemindən bəhs olunarkən interfiks termini 
ilə budaq morfemin bir tipi də göstərilir
1
. Azərbaycan 
dilində buna uyğun dil hadisəsi əlbəəl, üzbəüz, anbaan, 
gəlhagəl, vurhavur və s. sözlərdə özünü göstərir. Görün-
1
Bax: B.И.Koдухов. «Введение в языкознание». M., 1979, c. 239.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
418
düyü kimi, bu sözlərdə -ba, -bə, -ha interfiks şəkilçiləri 
eyni söz kökləri ortasında işlənərkən yeni mənalı söz 
əmələ gətirir.
Dildə budaq morfemlərin hamısı yeni mənalı (leksik) 
söz əmələ gətirir. Buna görə də dilçilikdə budaq morfemlər 
iki qola ayrılır: sözdüzəldici, sözdəyişdirici.
Nitq hissələri sistemində budaq morfemlərin bu tipləri 
(sözdüzəldici və sözdəyişdirici) daha aydın şəkildə özünü 
göstərir. Sözdüzəldici şəkilçilər vasitəsilə müxtəlif nitq his-
sələrinə dair yeni sözlər, sözdəyişdirici şəkilçilər vasitəsilə 
müxtəlif nitq hissələrinə dair yeni qrammatik kateqoriya-
lar əmələ gəlir.
Dildə sözlərin nitq hissələrinə görə qruplaşması nitq 
hissələri sisteminin əsasını təşkil edir. Dünya dillərində 
nitq hissələrinin müxtəlif xüsusiyyətlərinə rast gəlinir. La-
kin bütün dillərdə nitq hissələrinə məxsus sözlər üç qru-
pa bölünür: əsas sözlər, köməkçi sözlər, xüsusi qrup təşkil 
edən sözlər.
Əsas sözlər əsas nitq hissələrinə, köməkçi sözlər isə 
köməkçi nitq hissələrinə aid edilir. Azərbaycan dilində 
isim, sifət, say, əvəzlik, feil, zərf əsas nitq hissələri, qoşma, bağ­
layıcı, ədat köməkçi nitq hissələri, nida, modal sözlər, təqlidi 
sözlər, imperativ sözlər, uşaq sözləri, ritmik sözlər xüsusi qrup 
sözlərdir. Dilin morfoloji sisteminin bir hissəsini kateqori-
yalar təşkil edir. Dilçilikdə kateqoriyalar qrammatik əlaqə 
vasitələri kimi öyrənilir.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
419
Buraya hal, mənsubiyyət, şəxs, kəmiyyət, zaman, növ və s. ka-
teqoriyalar daxildir. Kök və budaq morfemlər bu ka teqoriyalar 
daxilində bir-birindən ayrılaraq xüsusi qrup lar təşkil edir. 
Məsələn, qrammatik şəkilçilər – hal şə kilçiləri, zaman şə-
kilçiləri, mənsubiyyət şəkilçiləri, kəmiyyət şəkilçiləri və s. 
qruplara bölünür.
Dilin morfoloji sisteminin ümumi mənzərəsini 413-cü 
səhifədəki kimi təsəvvür etmək olar.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin