Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
424
güclüdür. Buna görə də dilin inkişafı
nəticəsində dil ka-
teqoriyaları kəmiyyət
və keyfiyyətcə dəyişir,
onun tərki-
bində tədricən yeniləşmə prosesi baş verir.
Dilin inkişafı iki istiqamətdə özünü göstərir:
funksio-
nal və
struktural. Buna görə də dilin inkişafı öyrənilərkən
aşağıdakıları fərqləndirmək lazımdır: a) dilin bütövlükdə
inkişafı; b) dilin quruluşunun inkişafı; c)
dilin üslublar
sisteminin inkişafı; ç)
dilin fonetik,
leksik və qrammatik
cəhətdən inkişafı; d) dilin ayrı-ayrı ünsürlərinin (fonem,
morfem, söz, məna, qrammatik forma və s.) inkişafı.
Dilin göstərilən inkişaf formaları olduqca müxtəlifdir.
Elə buna görə də onları eyni əlamətə görə qruplaşdırmaq
və ümumiləşdirmək olmur.
Belə bir cəhət bütün dillər
üçün xarakterikdir.
Dilin inkişafı başqa sahələrdə olduğu kimi, materialist
dialektikanın qanunlarına uyğundur. Burada hər bir dəyi-
şiklik
müəyyən qanunlar, səbəblər əsasında baş verir.
Dilin inkişafı hər bir xalqın ümumi inkişafı ilə bağlı-
dır. Buna görə də dilin hər hansı bir sahəsindəki dəyişiklik,
inkişaf yaranmış daxili və ya xarici şəraitlə əlaqəli olur.
2. DİLİN DAXİLİ VƏ XARİCİ FAKTORLAR
ƏSASINDA İNKİŞAFI
Dilin inkişafı problemi daxili və xarici faktorların öy-
rənilməsini tələb edir. Dilin inkişafı üçün bunun hər ikisi
vacibdir. Buna görə də faktorların hər birinin əhəmiyyətini
dəqiq müəyyənləşdirmək lazımdır. “Dilin inkişafının xari-
ci və daxili faktorlarından ikitərəfli asılılığı haqqındakı te-
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
425
1
B.И.Koдухов. «Общее языкознание». M., 1970, c. 218.
zisdən çıxış edərək, bununla bərabər qeyd etmək istəyirik
ki, problemin müasir qoyuluşu bir səbəbin öyrənilməsinin
başqasının ziyanı hesabına deyil, onların
bu və ya digər
konkret əlaqələrinin özünü məhz nədə büruzə verə biləcə-
yini obyektiv surətdə göstərək.”
1
Dilin inkişafına dair daxili və xarici faktorların bölgü-
sü şərtidir. Lakin bunların ayrı-ayrı xarakterizə olunması
elmi cəhətdən zəruridir.
Dostları ilə paylaş: