1. ÜMumi DİLÇİLİk I indd


DİLİN FONETİK TƏRKİBİNİN İNKİŞAFI



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə239/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   235   236   237   238   239   240   241   242   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

3. DİLİN FONETİK TƏRKİBİNİN İNKİŞAFI
Dilin səs quruluşu çox müxtəlif və mürəkkəb proses-
lərin məcmusundan ibarətdir. Buna görə də “...dil dəyiş-
dikcə, inkişaf etdikcə dildəki səslərdə də az-çox dəyişiklik 
ola bilir. Cəmiyyətin inkişafı ilə bağlı olaraq dəyişən dilin 
maddi vasitəsi olan səslərin dəyişməsi dilin səslərinə məx-
sus bir sıra qanun və hadisələrin dəyişməsinə və ya yeni-
dən yaranmasına səbəb ola bilir”
1
.
Dilin fonetik tərkibində baş verən dəyişikliklər
əsasən, dəqiqləşmə və daha da təkmilləşmə xarakteri daşı-
yır. Ona görə də bu prosesi dilin fonetik sisteminin inkişafı 
kimi qiymətləndirmək daha düzgündür.
Dilin fonetik tərkibində baş verən dəyişikliklər həm 
dərindən, həm də üzdən ola bilir. Dərindən əmələ gələn 
dəyişikliklər dilin fonoloji quruluşunda, üzdən əmələ 
gələn dəyişikliklər isə fonetik hadisə və qanunauyğunluq-
larda öz əksini tapır. Fonoloji quruluşda özünü göstərən 
dəyişikliklər dilin fonetik tərkibinin inkişafında aparıcı 
rola malikdir.
Azərbaycan dilinin fonetik tərkibində tarixən bir neçə 
istiqamətdə inkişaf prosesi baş vermişdir. Bunlara səs 
əvəzlənmələrini, qapalı hecalılıqdan açıq hecaya keçilmə-
sini, səs yerdəyişməsi, səsdüşümü və s. fonetik hadisələri 
göstərmək olar. “Kitabi-Dədə Qorqud” dastanının və ha-
belə XIII–XVIII əsrlər Azərbaycan klassik ədəbiyyatının dil 
materiallarında bu fonetik dəyişiklik və inkişaf prosesini 
aydın görmək olur.
1
Ə.M.Dəmirçizadə. “Dil və dilin fonetik vahidləri”. Bakı, 1965, səh. 15.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
430
Azərbaycan dili fonetik sisteminin tarixi inkişaf pro-
sesində aşağıdakı səs əvəzlənmələri özünü göstərir: b

m, 
t

d, i

e, a

o, ğ

q, q

və s.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin