Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
433
öz əksini birinci növbədə dilin lüğət tərkibində əks etdirir.
Bunun nəticəsində dilə yeni sözlər daxil olur. Lakin qeyd
etmək lazımdır ki, həmin yeni sözlər dilin daxili qayda-
qanunları əsasında yaranır. Əks təqdirdə o, heç kim tərə-
findən başa düşülə bilməz.
XX əsrin əvvəllərində yeni
ictimai quruluşun meydana gəlməsi ilə əlaqədar olaraq
Azərbaycan dilinə
qardaşlıq, dostluq, nümayişçi, tətilçi, bəra
bərlik, işçi, komsomolçu və s. yeni sözlər daxil olmuşdur. Gö-
ründüyü kimi, həmin sözlər Azərbaycan dilinin morfoloji
sözyaratma modelləri
//-çı
4
/, /-lıq
4
// əsasında yaranmışdır.
Dildə yeni sözlərin işlənmə dərəcəsi eyni olmur və
bunlar dilin zənginləşməsi və inkişafına eyni dərəcədə
təsir göstərə bilmir. Buna görə də onların bir qismi dilin
lüğət tərkibini
zənginləşdirməyə xidmət edirsə, digər
qismi (dilin daxili qayda-qanunlarına uyğun gəlməyən-
ləri) dilin inkişafına əngəl törədir. Azərbaycan dilinin
lüğət tərkibinin zənginləşməsi və inkişafında ərəb, fars,
türk, rus və başqa dillərə məxsus alınmaların müəyyən
hissəsi mühüm rol oynamışdır. Bununla bərabər, Azər-
baycan dilinin lüğət tərkibinə daxil olmuş bir çox alın-
malar get-gedə öz işləklik dərəcəsindən düşmüş və sıra-
dan çıxmaqdadır. Məsələn,
rubəru, ərzi-hal, nöqteyi-nəzər,
tərəfi-müqabil, maddeyi-sübut, hakimi-mütləq, Kürreyi-ərz,
kultura, revolyusioner və s.
Dildə bir qrup sözlərin arxaikləşməsi də lüğət tərki-
binin inkişaf istiqaməti kimi qiymətləndirilir. Çünki lüğət
tərkibindəki sözlərin bir qismi hər hansı tarixi inkişafı nə-
ticəsində arxaikləşib öz işləkliyini itirir. Məsələn, Azər-
baycan dilinin XX əsrdən əvvəlki mərhələlərində işlənən
xan, nökər, yüzbaşı, qalxan, qılınc, baqqal, divanxana, mədrəsə,
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
434
mollaxana, xış, cütçü və s. sözlər ifadə etdikləri anlayış və
məfhumların sıradan çıxması ilə əlaqədar dildə köhnəl-
məyə başlamışdır. İndi həmin sözlərdən yazıçı və şairlər
öz əsərlərində keçmiş həyat lövhələri yaradarkən istifadə
edirlər.
Yer üzündə dünya xalqları bir-biri ilə çoxcəhətli əla qə-
lərə malik olduğuna görə onların dilləri də qarşılıqlı şəkil-
də bir-birinə təsir göstərir və bir-birini zənginləşdirir.
Dilin lüğət tərkibinin inkişaf prosesi xalqın
tarixi
inkişafı ilə vəhdət təşkil edir. Xalqın tarixini izləmədən
lüğət tərkibindəki inkişaf meyillərini aşkar etmək müm-
kün olmaz. Hər bir xalqın tarixi ictimai-siyasi, iqtisadi,
mədəni, təsərrüfat hadisələri ilə zəngindir. Bu mürək-
kəb və çoxcəhətli xalq tarixi dilin lüğət tərkibində leksik
vahidlər şəklində ifadə olunur. Dilin lüğət tərkibinə yeni
söz və ifadələrin daxil olması, sözlərin yeni məna kəsb
etməsi, sözlərin arxaikləşməsi, sözün mənasını itirməsi,
alınmaların dilə daxil olması və s. dil hadisələri xalqın
tarixi izlərini lüğət tərkibində həkk edib möhkəmlən-
dirir. Müasir Azərbaycan dilində arxaikləşmə, sözlərin
yeni məna kəsb etməsi, alınmalar və s. dil materialları-
nın öyrənilməsi təbii olaraq Azərbaycan xalqının tarixi
ilə bağlı aparılır.
Dilin inkişafından bəhs edən əsərlərdə dillərin başlı-
ca inkişaf dövrləri cəmiyyətin inkişaf dövrləri ilə əlaqədar
öyrənilir.
Dostları ilə paylaş: