Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
438
Dilin qrammatik tərkibində isə morfologiyaya nis-
bətən sintaksis daha çox dəyişir.
Ədəbi dil tarixinin araşdırılması sübut edir ki, müasir
Azərbaycan ədəbi dilində tabeli mürəkkəb cümlələrin çox
müxtəlif tipləri meydana gəlməkdədir.
Bütün deyilənləri ümumiləşdirdikdə belə bir nəticəyə
gəlmək olur ki, dilin komponentləri arasındakı inkişaf sə-
viyyəsi eyni deyildir. Bunların fərqli inkişaf səviyyəsi, təx-
minən, 6-cı sxemdəki kimi təsəvvür olunur.
Dilin komponentlərinin dəyişmə səbəbləri müxtəlif-
dir. Yəni hər sahənin özünə aid səbəbi vardır. Məsələn,
lüğət tərkibinin dəyişmə səbəbi fərqlidir. Zamanla bağlı
müəyyən anlayışın yaranma səbəbi dilin lüğət tərkibinə
yeni söz gətirir və s. Lakin sintaksisdə bu belə deyildir.
Sintaktik fiqurların inkişafı insan psixologiyasının in-
kişafı ilə bağlı dəyişir. Qavramanın həcmindən asılı olaraq
nitqdə mürəkkəb cümlələr işlənir.
İnsanda qavramanın həcmi nə qədər artıq olarsa, nitq-
də bir o qədər mürəkkəb cümlələr çox işlənir.
Dostları ilə paylaş: