Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
83
böyük həvəs göstərmişlər. Alimlərin diqqətini, hər şeydən
əvvəl, mətndəki xüsusi isimlər cəlb etmişdir. Onlar ilk
növbədə bu adları oxumağa cəhd göstərmişlər.
Fransız alimi
Silvestr de Sasi mətndə üç adın olduğu-
nu müəyyən etmişdir: Ptolomey, Aleksandr, Arsinoya. Bu
adların müəyyənləşdirilməsi təsadüfi olmuşdur. Silvestr
de Sasi bir neçə il gərgin işlədikdən sonra belə bir nəticəyə
gəlmişdir ki, Misir yazısının oxunulması heç zaman müm-
kün olmayacaqdır.
İsveç alimi Okerblad Misir yazısı ilə çox maraqlanmış-
dı. O, mətndə daha yeddi xüsusi ad (Aet, Pirra, Filin, Arey,
Berenika, Eyrena, Diogen) müəyyən etmişdi. Okerblad bu
adlardakı işarələr əsasında 2-ci yazıya müvafiq əlifba tərtib
etmiş, lakin mətni heç cür oxuya bilməmişdi.
1814-cü ildə “Rozett daşı”nı oxumağa ingilis ali-
mi Tomas Yunq böyük qüvvə sərf etmişdi. Yunq bir çox
dili mükəmməl bilirdi. O, daşdakı 2-ci yazını diqqətlə iz-
ləməyə, axtarmağa başlamışdı. Yunq burada bütün xüsu-
si isimləri seçmiş və yazıdakı işarələri hesablamışdı. Bu
yazıda təxminən 100 işarə müəyyən etmiş və bununla da
həmin yazının fonetik (əlifba) yazı olmadığı qənaətinə gəl-
mişdi. Yunq xüsusi adlardan Ptolomeyi oxuya bilmiş və 5
işarəni dəqiq müəyyənləşdirmişdi.
“Rozett daşı”nın tapılmasından 20 il keçsə də, Misir he-
roqlifləri oxunmamış qalmışdı. Bu yazının sirlərini açmaq
1822-ci ildə gənc fransız alimi Şampoliona nə-
sib olmuşdur.
Dostları ilə paylaş: