Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
145
Dilçilikdə ayrı-ayrı xalqların ədəbi dillərinin təkmil-
ləşdirilməsi ilə yanaşı, onun təbliği və öyrənilməsi
sahəsində də az iş görülməmişdir. Hər bir xalqın ədə-
bi tələffüz və düzgün yazı formalarının sabitləşdiril-
məsinə xüsusi əhəmiyyət verilmişdir. Bütün bunların
nəticəsində ümumi mədəniyyətin tərkib hissəsi olan
nitq mədəniyyəti inkişaf etdirilmişdir.
Müasir dövrdə cəmiyyətin inkişafı ilə əlaqədar qa-
nunauyğunluq əsasında dilçilik elminə aid yeni-yeni icti-
mai tələblər meydana çıxır. Bu tələblər dil haqqında elmin
qarşısında mühüm vəzifələr qoyur ki, bunların da yerinə
yetirilməsi nəticəsində dilçilik daima inkişaf edir, onun xə-
zinəsi genişlənir və zənginləşir.
Dostları ilə paylaş: