Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
142
Bir sıra alimlər baş beyni dilin əsası hesab etmiş, dili
psixi hadisə adlandırmışlar. Bunun nəticəsində uzun illər
dilçilik psixoloji elm kimi təsəvvür olunmuşdur. XIX əsrin
dilçilərindən “Heyman Şteyntala görə, dilçilik psixologiya
elmləri sırasına aiddir”
1
. Ümumiyyətlə, yalnız psixologiya
cərəyanının nümayəndələri deyil, başqa bir çox dilçilər də
dil haqqında elmin psixologiya elmlərinə məxsus olması
fikrini müdafiə etmişlər. Hətta bəziləri dilçiliyi psixolo-
ji-sosioloji elm hesab etmişlər. Görkəmli fransız dilçisi
Antuan Meye dili sosioloji hadisə kimi təsəvvür etmiş və
buradan da qeyri-dəqiq nəticəyə gələrək dilçilik elmini so-
siologiyanın bir hissəsi adlandırmışdır. Bu fikir doğru he-
sab edilmir. Ona görə ki, əvvəla, dil sosioloji yox, ictimai
hadisədir, ikincisi, müstəqil obyekti olan elm heç bir vaxt
başqa elmin hissəsini təşkil etməz.
XX əsrin görkəmli alman dilçi və ədəbiyyatşünası
Dostları ilə paylaş: