1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə75/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   71   72   73   74   75   76   77   78   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

1. DƏQİQ VƏ TƏSVİRİ ELMLƏR
Elmləri dəqiq və təsviri adlandırıb iki yerə bölmək ənənə-
vi təsniflərdən biridir. Bu təsnifə müasir dövrdə hələ də geniş 
yer verilir. Belə ki, elm tarixindən bəhs olunan ayrı-ayrı elmi 
və ya elmi-metodiki əsərlərdə haqqında danışılan bölgü ilə 
bağlı anlayış və terminlərə tez-tez rast gəlmək olur.
Bu bölgünün tərəfdarları coğrafiya, geologiya, tarix, ədə-
biyyatşünaslıq və digər bu növ elmləri təsviri adlandırmışlar.
“Təsviri elm” anlayışı necə təsəvvür olunur? Bu anla-
yış müxtəlif şəkildə izah edilmişdir. Təsnifin tərəfdarları-
nın fikrinə görə, təsviri elmdə obyekti təsvir etmək başlıca 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
134
cəhətdir. Guya təhlil bu növ elmlər üçün xarakterik deyil-
dir. Məsələni bu cür düşünənlər səhv olaraq hər bir elmdə 
təhlilin vacib olduğunu unutmuşlar.
Bölgünün tələblərinə əsasən dünya elmlərinin bir 
qrupu, o cümlədən fizika, riyaziyyat, mexanika, elektroni­
ka və s. dəqiq elm hesab olunmuşdur. “Dəqiq elm” an-
layışının əsasını dəqiqlik təşkil edir. Bu təsnifin baniləri 
başqa cəhətlərin heç birini nəzərə almayıb, yalnız dəqiq-
liyi elmlərin təsnifi üçün başlıca meyar hesab etmişlər. 
R.A.Budaqov haqlı olaraq elmlərin təsnifində dəqiqliyi 
meyar götürməyi kobud səhv kimi qiymətləndirir
1
. Elm-
ləri təsnif etməkdə dəqiqlik meyar deyil və ola da bilməz. 
Dəqiqlik bütün elmlər üçün zəruridir. Hər bir elm dəqiq-
lik üzərində yaranır və formalaşır. Deməli, dəqiqlik hər 
bir elmin varlığını müəyyənləşdirən cəhətdir.
Dəqiqlik olmayan hər hansı tədqiqatı elmi hesab et-
mək qeyri-mümkündür. Çünki tədqiqata cəlb olunan bu 
və ya başqa hadisənin, faktın həllində dəqiqlik başlıca şərt-
lərdəndir. Hər bir elmin nəzəriyyəsi üçün fəlsəfi kamillik, 
məntiqi ciddilik nə dərəcədə lazımsa, dəqiqlik də bir o qə-
dər gərəklidir. Bütün bu deyilənlərə əsasən yalnız fizika, 
riyaziyyat kimi elmləri dəqiq adlandırmaq fikri ilə qəti ra-
zılaşmaq olmaz.
“Dəqiqlik” termini altında geniş məfhum başa düşü-
lür. Dəqiqliyin dərəcəsi, növləri (məntiqi dəqiqlik) möv-
cuddur. Lakin bunların hamısı vahid anlayışın tərkibini 
təşkil edir. Buna görə də dəqiqliyi müxtəlif yox, vahid plan-
da təsəvvür etmək lazımdır. Nəhayət deməliyik ki, təbiət 
elmlərində olduğu kimi, hər bir ictimai elm, o cümlədən 
dilçilik də dəqiqlik tələb edir. Dilçiliyin tədqiqi tarixindən 
aydın olur ki, həmişə linqvistik dəqiqliklə filoloji həssaslığın 
1
Р.А.Будагов. О предмете языкознания. “Изв. АН СССР отд. лит. и яз.” 1973, том 31, вып. 5.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
135
vəhdəti yüksək keyfiyyətli əsərlərin yaradılmasının əsasını 
təşkil edən amillərdən olmuşdur.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin