1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə74/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   70   71   72   73   74   75   76   77   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Dilçiliyin yeri – mahiyyətinə görə çox mürəkkəb və 
çətin problemlərdəndir. Dil haqqında elmin başqa bilik 
sahələrində yerini müəyyənləşdirməyi çətinləşdirən bəzi 
səbəblər, amillər vardır. Bunların ən başlıcalarından biri 
dilçiliyin dünya elmlərinin çoxu ilə olan əlaqəsidir.
Elmlər sistemində dilçiliyin yeri problemi uzun il-
lər mütəxəssislərin diqqətini cəlb etmiş, bu məsələyə XIX 
əsrə qədər toxunulmamışdır. Bunun obyektiv səbəbi, hər 
şeydən əvvəl, dil haqqında elmin tam müstəqilləşməməsi 
idi. XIX əsrdən başlamış XX yüzilliyin əvvəllərinə qədər 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
131
bu problemə müxtəlif istiqamət və cəhətdən yanaşılmış, 
bunun da nəticəsində dilçiliyin elmlər sistemində yeri 
dəqiqləşməmiş, mübahisəli şəkildə qalmışdır. Dilçiliyin 
yeri problemi dil haqqında Azərbaycan elmində də xüsusi 
olaraq diqqəti cəlb etmişdir. Dünya filoloji elmində prob-
lemin dəqiqləşdirilməsinə dair bir sıra əsaslı mülahizələr 
irəli sürülmüşdür ki, bunlar da məsələnin düzgün həllində 
mühüm rol oynayır.
Dilçiliyin elmlər sistemində yerinin dürüst müəyyən-
ləşdirilməsi üçün ilk növbədə dünya elmlərinin qruplaş-
dırılması, ümumi təsnifi məsələsinə müraciət edilməlidir.
3.02. ELMLƏRİN TƏSNİFİ MƏSƏLƏSİNƏ DAİR 
Məlumdur ki, kainat rəngarəng varlıqların, müxtəlif ha-
disələrin məcmusundan ibarətdir. Elm çox mürəkkəb olan 
maddi aləmi, ona məxsus bütün əlamət və xüsusiyyətləri 
tədqiq edir. Buna görə də dünyada bir-birindən fərqlənən 
müxtəlif bilik sahələri yaranır və formalaşır. Elm tarixinə 
həsr olunmuş bəzi əsərlərdə belə bir fikrə rast gəlmək olur 
ki, guya elm ancaq bir və ya bir neçə ölkədə meydana çıxa 
bilər və sonra ölkələrə yayılar. Bu ideya doğru hesab edilə 
bilməz. Çünki elm hər bir ölkədə meydana çıxa bilir və bu-
nunla belə, ölkənin böyük və ya kiçikliyinin, xalqın az və ya 
çoxluğunun buna heç bir dəxli yoxdur. Elə kiçik ölkə və ya 
xalq vardır ki, elmi fəaliyyət baxımından onun nailiyyətləri 
müqayisə ediləbilməz dərəcədə yüksəkdir.
Hər bir elm cəmiyyətin inkişafına öz müsbət təsi-
rini göstərir. Lakin qeyd etməliyik ki, elmin təsiri heç də 
birtərəfli deyil, onunla cəmiyyət arasında təsir qarşılıqlı-
dır. Bu məsələni aydın dərk etmək üçün dilçilik sahəsin-
də bir fakta nəzər yetirək. Məlumdur ki, finikiyalılar uzaq 


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
132
keçmişdə əlifbanı kəşf etmişlər. Bu kəşf nəticəsində asan 
yazı sistemi meydana gəlmiş və hazırda dünya əhalisinin 
təxminən üçdə-iki hissəsindən çoxu hərfi yazıdan istifadə 
edir ki, bu da, öz növbəsində, cəmiyyətin mədəni tərəqqi-
sində xüsusi rol oynayır. Deməli, cəmiyyətin yaratdığı elm 
onun inkişafının əsas vasitəsinə çevrilir.
Zaman keçdikcə insan fəaliyyətinin digər sahələri ilə 
yanaşı elm də inkişaf edir, yeni-yeni bilik sahələri mey-
dana çıxır və əsaslı şəkildə formalaşıb ümumi sistemdə 
xüsusi yer tapır. Yeni elmlər son zamanlarda əsasən iki 
formada – toxunulmamış sahənin öyrənilməsi ilə bağlı və 
mövcud müxtəlif elmlərin bir-biri ilə olan yaxın əlaqəsi nə-
ticəsində əmələ gəlir. Tarix boyu yaranmış bütün qədim və 
yeni elmlər əhatə etdikləri sahəyə, miqdara görə olduqca 
şaxəli və zəngindir. Çoxluq təşkil edən dünya elmlərinin 
qruplaşdırılması və onların təsnif olunması elmin qarşı-
sında duran ən zəruri məsələlərdən biri olmuş və öz ak-
tuallığını itirməmişdir. Hələ XIX əsrin ortalarında Fridrix 
Engels bu problemin vacibliyindən və əhəmiyyətindən 
bəhs edərək demişdir: “Elmlərin təsnifatı, o elmlər ki, on-
lardan biri hərəkətin ayrıca bir formasını, yaxud bir-biri ilə 
əlaqədar olan və bir-birinə keçən bir sıra hərəkət formala-
rını təhlil edir: bu təsnifat, eyni zamanda, həmin hərəkət 
formasının daxilən onlara xas olan ardıcıllıqla təsnifatıdır, 
düzülüşüdür; elmlərin təsnifatının əhəmiyyəti də məhz 
bundadır”
1
.
Fridrix Engels “Təbiətin dialektikası” adlı məşhur 
əsərində elmlərin təsnifinə dair mühüm nəzəri ideya irə-
li sürmüşdür. O, elmlərin, xüsusilə təbiət elmlərinin bir 
çox problemlərini həll edərkən dünya elmlərinə aid sxem 
vermişdir. Sxemin ön hissəsini təbiət elmləri təşkil edir ki, 
1
F.Engels. Təbiətin dialektikası. Bakı, 1996, səh. 219.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
133
burada da riyaziyyat birinci yerdə durur. F.Engelsin öz 
sxeminin riyaziyyat elmindən başlaması heç də təsadüfi 
deyildir. Bunun başlıca səbəbi, əsasən, riyaziyyatın elmlərə 
nüfuz etməsi idi.
Elmlərin qruplaşdırılması və təsnifi ilə ayrı-ayrı dövr-
lərdə maraqlananların sayı az olmamışdır. Elm tarixinə 
həsr edilmiş əsərlərdən aydın olur ki, bu məsələnin uzun 
tarixi olmasına baxmayaraq, hələ də tam həll edilməmiş, 
son dərəcə mübahisəli bir şəkildə qalmaqdadır. Hazırda 
hər bir elmin tam dəqiqliyi ilə yerini müəyyənləşdirməyə 
imkan verən bütöv, tam əhatəli sxemin hazırlanmasına son 
dərəcə böyük ehtiyac vardır. Elmlərin təsnifi tarixinə nəzər 
salındıqda bu məsələyə bir neçə cəhətdən yanaşıldığına rast 
gəlmək olur. Belə ki, bir qrup alim elmlərin bölgüsü üçün 
bu və ya başqa bir elmin inkişaf səviyyəsini, sahələrini, xa-
rakterini, digər qrup isə obyektin təbiətini, yaxud tədqiqatın 
metodlarını nəzərə almış və müxtəlif meyarlara əsaslanaraq 
elmlərin bölgüsündən bəhs etmişdir. Bütün bunların da 
nəticəsində elmlərin təsnifi ilə əlaqədar müxtəlif bölgülər, 
anlayışlar, ifadələr və terminlər meydana gəlmişdir. Bunlar-
dan bir neçəsini aşağıdakı kimi xatırlamaq olar.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin