1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə76/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   72   73   74   75   76   77   78   79   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

2. EKSPERİMENTAL VƏ 
QEYRİ-EKSPERİMENTAL ELMLƏR
Bu bölgüyə görə, dünya elmləri iki növdədir: eksperi-
mental və qeyri-eksperimental elmlər. Bölgünün tərəfdar-
ları kimya, fizika elmlərini eksperimental hesab etmişlər.
Bu bölgü üçün elmi-tədqiqat üsulu əsas götürülmüş-
dür. Lakin qeyd etməliyik ki, tədqiqat üsulu ancaq eksperi-
mentdən ibarət olmayıb, müxtəlif elmlərlə əlaqədar çoxlu 
miqdardadır. Buna görə də ancaq bir tədqiqat üsulu əsasın-
da elmləri təsnif etmək doğru hesab oluna bilməz. Hazırda 
eksperiment üsulu çox geniş yayılmışdır, ondan elmlərin 
əksəriyyətində istifadə olunur. Qeyri-eksperimental hesab 
edilmiş filologiya elmlərinin, o cümlədən dilçiliyin də bir 
sıra məsələlərinin tədqiqində eksperimentə müraciət edi-
lir. Məsələn, dilin səs sisteminin tədqiqi ancaq eksperiment 
əsasında dəqiq elmi şərhini tapmışdır. Dilçilikdə eksperi-
mentin geniş tədqiqi nəticəsində “eksperimental fonetika” 
anlayışı da formalaşmışdır. Bundan başqa, linqvistik üslu-
biyyat məsələlərinin öyrənilməsində də eksperiment dilçi 
tədqiqatçıların işinə yarayır.
Deməli, eksperiment ilk dəfə tətbiq olunmuş elmlərin 
çərçivəsində qalmayıb, başqa elmlərin də sərhədinə əsaslı 
şəkildə daxil olmuşdur.
3. FUNDAMENTAL VƏ QEYRİ-FUNDAMENTAL 
ELMLƏR
Bu bölgünün tərəfdarları dünya elmlərini iki qrupa 
bölmüşlər: fundamental elmlər, qeyri-fundamental elm-
lər. Belə bölgüyə görə, əsas məsələlərlə məşğul olan elm 
(məsələn, fizika, kimya və s.) fundamentaldır.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
136
Bölgünün əsasını obyektin təbiət və cəmiyyətdəki ma-
hiyyəti təşkil edir. Lakin burada obyektin mahiyyətinin sub-
yektiv münasibət əsasında müəyyən edildiyi hiss olunur. 
Məlumdur ki, biri üçün fundamental hesab edilən hər hansı 
bir elm, başqasının fikrincə, qeyri-fundamental adlandırıla 
bilər. Bizcə, heç bir mütəxəssis öz seçdiyi elm sahəsini qey-
ri-fundamental hesab etmək istəməz. Bütün elmlər cəmiy-
yəti maraqlandıran məsələlərə həsr edilir; heç bir elm sahəsi 
elm xatirinə yaranmır. Elmlər vacib məsələlərin öyrənilməsi 
əsasında meydana çıxır, fundamental əsərlər yaranır.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin