1. ÜMumi DİLÇİLİk I indd


XIX ƏSRİN SONLARINDA DİLÇİLİK



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə52/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   48   49   50   51   52   53   54   55   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

3. XIX ƏSRİN SONLARINDA DİLÇİLİK
XIX əsrin son 30 ilində (1870–1900) dilçilik elmi sahə-
sində bir çox nailiyyətlər əldə edilmiş, yeni elmi cərəyanlar, 
məktəblər formalaşmışdı. Bu illərin linqvistik tədqiqatların-
da əvvəlcədən mövcud olan ideyalara isnad edilmiş, müəy-
yən ideyalar tənqid olunmuş, yeni fikirlər irəli sürülmüşdü.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
95
Dilçilikdə “Gənc qrammatiklər” cərəyanı
XIX əsrin 70-80-ci illərində Almaniyada dilçi alimlərin 
yeni nəsli yaranmışdı. Bu gənclər dilçilərin yaşlı nəslinin, o 
cümlədən Frans Boppun, Yakob Qrimmin, Avqust Şleyxe-
rin və başqa alimlərin linqvistik baxışlarını açıqdan-açığa 
kəskin şəkildə tənqid edirdilər. Yaşlı nəslin nümayəndəsi, 
alman filoloqu Fridrix Sarnke bu dilçiləri yeni ideyalar-
la çıxış etdiklərinə görə zarafatla “Gənc qrammatiklər” 
(“Yung grammatiker”) adlandırırdı. Yeni cərəyanın başçı-
larından biri olan K.Bruqman həmin ifadəni yeni dilçilik 
cərəyanının adı kimi işlətmişdir.
“Gənc qrammatiklər” XIX əsrin sonlarında ən böyük dil-
çilik cərəyanı idi. Bu cərəyanın meydana çıxması alman alimlə-
rindən Karl Bruqmanın (Karl Brugmann, 1849–1919), Herman 
Osthofun (Aermann Osthoff, 1842–1907), Avqust Leskinin 
(August Leskein, 1840–1916), Herman Paulun (Hermann Paul, 
1846–1921), Bertold Delbrukun (Bertold Delbruck, 1842–1922) 
fəaliyyəti ilə bağlıdır. Alman “Gənc qrammatiklər”inin ideya-
ları, onların tədqiqat metodları başqa ölkələrdə bir çox dilçilə-
rin diqqətini cəlb etmişdir. Fransada Mişel Breal (Michel Breal, 
1832–1915), İtaliyada Qrasuiadio İsaya Askoli (Graziadio Isaia 
Ascoli, 1829–1907), Amerikada Vilyam Duayt Uitni (William 
Duight Uhitney, 1827–1894), Rusiyada Filipp Fyodoroviç For-

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin