Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
99
F.F.Fortunatovun tələbələri və ardıcılları olmuşlar. Moskva
dilçilik məktəbi xaricdə də məşhurlaşmışdı. Xarici ölkələr-
dən Fransa, Almaniya, Hollandiya, Rumıniya, Yuqoslaviya
və digər yerlərdə Fortunatovun şagirdləri var idi.
F.F.Fortunatov (1848–1914). XIX əsrin sonunda yetişmiş
görkəmli dilçilərdən biri olan Filipp Fyodoroviç Fortunatov
gənc yaşlarından dilçilik elminə xüsusi həvəs göstərmişdi.
O, görkəmli rus dilçisi F.İ.Buslayevin tələbəsi olmuşdur.
F.F.Fortunatovun elmi irsi çox geniş və zəngindir. O,
dövrünün filoloqlarını düşündürən bir sıra mürəkkəb prob-
lemləri elmi səpkidə öz mühazirələrində işıqlandırmışdır.
Fortunatovun linqvistik ideyalarını
iki qismə bölmək
olar: a) ümumdilçilik problemlərinə aid fikirləri; b) hind-Av-
ropa dillərinin müqayisəli-tarixi istiqamətdə öyrənilməsinə
dair fikirləri.
Ümumi dilçilik sahəsində F.F.Fortunatov dil və təfəkkü-
rün münasibəti problemi ilə daha çox məşğul olmuşdur. O
deyirdi ki, təfəkkür dildən, dil isə təfəkkürdən asılıdır. F.For-
tunatov dillə təfəkkürün münasibətini aydınlaşdırarkən mü-
hakimə və cümlə məsələlərinin şərhinə geniş yer vermişdir.
F.Fortunatov dil və təfəkkür problemi ilə yanaşı daha
bir sıra ümumi dilçilik problemləri ilə, o cümlədən dillərin
tipoloji təsnifi, dillə cəmiyyətin münasibəti və s. məsələlər-
lə xüsusi olaraq maraqlanmışdır.
XIX əsrin sonunda hind-Avropa dillərinin müqayisəli
yolla öyrənilməsində xüsusi yerlərdən birini F.Fortunatov
tutur. O, hind-Avropa dillərinin
müqayisəli fonetika və
qrammatikasının öyrənilməsi
sahəsində çox məşhur si-
malardandır. F.Fortunatovu hind-Avropa dilləri ailəsində
slavyan və Baltik dilləri daha çox cəlb etmişdir. Onun geniş
yayılmış əsərləri bunlardır:
“Müqayisəli dilçilik”, “Flind-Av
ropa dillərinin müqayisəli fonetikası”, “Müqayisəli morfologiya”
və s.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
100
F.Fortunatov istər bu adıçəkilən əsərlərində, istərsə də
mühazirə və digər qeydlərində müqayisəli-tarixi metodun
daha da təkmilləşdirilməsinə çalışmışdır.
F.Fortunatovun yaratdığı qrammatika nəzəriyyəsi də
elmi cəhətdən çox qiymətlidir. Onun söz birləşmələri, sö-
zün quruluşu haqqında təlimi dilçilik elminin inkişafında
xüsusi əhəmiyyətə malikdir. Bütün bu elmi fəaliyyəti ilə
yanaşı, F.Fortunatov öz dövründə dilçi alimlərin böyük bir
dəstəsini tərbiyə edib yetişdirmişdir.
Dostları ilə paylaş: