1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə51/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   47   48   49   50   51   52   53   54   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Heyman Şteyntal (Aeimann Steinthal, 1823-1899). Dil-
çilik elminin tarixində psixologizm cərəyanının formalaşma-
sı və inkişafında Heyman Şteyntalın böyük rolu olmuşdur. 
Onun linqvistik psixologizmin mahiyyətini şərh edən əsərlə-
ri bunlardır: “Dillərin təsnifi dil ideyasının inkişafı kimi” (1850), 
“Dilin mənşəyi” (1851), “Qrammatika, məntiq və psixologiya, on­
ların prinsipi və qarşılıqlı əlaqəsi” (1855), “Dil quruluşunun mü­
hüm tiplərinin xarakteristikası” (1860).
Bu əsərlərində Şteyntal dilçiliyin bir çox məsələləri
o cümlədən dilin mənşəyi, qanunları, inkişaf prosesləri 
haqqında fikirlər söyləmişdir. O, dili “psixoloji müşahi-
dələrin mövzusu” hesab etmişdir.
Heyman Şteyntalın linqvistik görüşləri naturalizm və 
məntiqizm cərəyanını ciddi tənqid etmişdir. Şteyntal Karl 
Bekkerin mülahizələrini tənqid edərək deyirdi ki, söz və 
anlayış, cümlə və mühakimə eyniyyət təşkil etmir.
Aleksandr Potebnya (1835–1891). XIX əsrin ən gör-
kəm li dilçilərindən biri olan Aleksandr Afanasyeviç Poteb-
nya linqvistik psixologizmin inkişafında xüsusi rol oy-
namışdır. O, bu sahədə müstəqil və fərqli yolla hərəkət 
etmişdir. Onun “Fikir və dil” (1862) əsəri dillə təfəkkürün 
əla qələri məsələlərinə həsr olunmuşdur. Potebnya dil və 
təfəkkür problemini şərh edərkən fikrin dil vasitəsilə for-

Т.А.Амирова и др. Очерки по истории лингвистики. M., 1975. c. 320.
2
Yenə orada, c. 364.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
94
malaşdığını göstərir. Tədqiqatçı dilin əlaqəsinin ancaq 
təfəkkürə deyil, eyni zamanda bütün psixika ilə bağlı ol-
duğunu sübut etməyə çalışmışdır.
Aleksandr Potebnya “Rus dilinin qrammatikasından 
qeydlər” (1854) adlı əsərində özünün qrammatik müşahi-
dələrini verir. A.Potebnya bir sıra dilçilərin yetişməsinə 
böyük təsir göstərmişdir.
Psixologizm cərəyanı dilçilikdə çox geniş yayılmış və 
uzun illər davam etmişdir. XIX əsrin ortalarında təşəkkül 
tapmış bu cərəyan əsrin sonunda, hətta XX əsrin əvvəllərin-
də diqqəti cəlb etmiş, onun qüvvətli tərəfdarları və inkişaf 
etdirənləri olmuşdur. Alman filosofu Vilhelm Vundt (1832-
1920) psixologizmi yeni-yeni ideyalarla zənginləşdirmişdir.
* * *
XIX əsrin ortaları ancaq müəyyən cərəyanların mey-
dana gəlməsi ilə xarakterizə olunmur. Həmin illər bir çox dil-
lərin, o cümlədən türk dillərinin xüsusiyyətlərinə aid ümumi 
qrammatikalar da meydana çıxmışdı. 1839-cu ildə Mirzə Ka-
zımbəy “Türk-tatar dilinin qrammatikası” adlı əsərini yazmış-
dır. Bu kitabda türk dillərinin morfologiya və sintaksisi ilə 
yanaşı, fonetik hadisələrin izahına da xüsusi yer verilmişdir.
Mirzə Kazımbəyin bu əsəri türkologiyanın, eləcə də 
Azərbaycan dilçiliyinin inkişafı tarixində müəyyən əhə-
miyyətə malikdir.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin