Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
93
Psixologizm cərəyanı tərəfdarlarının fikrincə, dilçilik
elmi fərdi nitq aktını öyrənməlidir. Burada dil təhlilinin əsa-
sını psixoloji proses üzərində müşahidələr təşkil etməlidir
1
.
Dil hadisələrini psixoloji cəhətdən şərh etmək XIX əsrin
bir sıra görkəmli dilçilərinin yaradıcılığı üçün xarakterikdir
2
.
Həmin dilçilərdən Şteyntal və Aleksandr Potebnya
psixologizm cərəyanının ən başlıca nümayəndələridir.
Dostları ilə paylaş: