Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
96
çiliyin bir sıra mühüm problemləri “Gənc qrammatiklər”
mövqeyindən şərh olunmuşdur. Eyni zamanda,
kitabda
nəzəri ümumiləşdirmələr də çoxdur. “Gənc qrammatik-
lər” cərəyanının prinsiplərini aydınlaşdırmaqda
B.Delbru-
kun “Hind-Avropa dillərinin öyrənilməsinə giriş” (1880) adlı
əsərinin də rolu az olmamışdır.
Gənc qrammatizmin məqsədi, onun tədqiqat istiqamət-
ləri bu üç əsərdə bütün aydınlığı ilə öz şərhini tapmışdır.
“Gənc qrammatiklər”in proqramı. Bu cərəyanın proq-
ramını bir sıra əsas müddəalar təşkil edirdi.
1. İlk növbədə A.Şleyxerin dil haqqında təlimindən uzaq-
laşmaq. “Gənc qrammatiklər” Şleyxerin naturalizminə
qarşı çıxıb,
onun dili canlı orqanizm adlandırmasını
ciddi tənqid etmişlər. Onlar dili tarixi hadisə kimi ay-
dınlaşdırmağa çalışmışlar. “Gənc qrammatiklər”in
nəzəri başçısı H.Paulun öz əsərini “Dil tarixinin prin-
sipləri” adlandırması da bu ideya ilə bağlı olmuşdur.
2. Dilin fonetik dəyişikliklərini tədqiq etmək. “Gənc qram-
matiklər” fonetik dəyişikliklərdə
dəqiq qanunauyğun-
luq olduğunu göstərirdilər. Bunun da əsasında hind-Av-
ropa dillərinin fonetikası yeni aspektdə öyrənilmişdir.
3. Canlı dilləri və onların dialektlərini öyrənmək. “Gənc
qrammatiklər” dilin tarixini və xüsusiyyətlərini şərh
etməklə yazılı abidələri əsas mənbə hesab etmirdilər.
Onların fikrincə, müasir dil və onların
ləhcələri hər
bir dilin tarixini öyrənmək üçün əvəzsiz məktəbdir.
“Gənc qrammatiklər” deyirdilər ki, dilin tarixi üçün
müasir dilin və dialektlərin verdiyi faktları yazılı dil-
dən almaq qeyri-mümkündür. “Gənc qrammatiklər”ə
görə, ləhcə dilin varlığını tam şəkildə mühafizə edən
mötəbər və zəngin mənbədir. Onların bu ideyaları
əsasında XIX əsrdə dialektologiya və bununla yanaşı,
dilçilik coğrafiyası xüsusi inkişaf etmişdir.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
97
4. Dilin qrammatik cəhətlərini araşdırmaq. “Gənc qram-
matiklər” dillərin qrammatik xüsusiyyətlərinə müra-
ciət edərkən ən çox morfoloji problemlərin şərhinə yer
vermişlər. Sintaksisdən bəhs olunanda sintaktik kons-
truksiyalara, cümlənin təhlilinə,
həmçinin sintaktik
münasibətlərə nəzər yetirilmişdir.
Ümumiyyətlə, “gənc qrammatiklər” bir sıra dillərin tarixi
fonetikasının, qrammatika və dialektologiyasının tədqiqində
xüsusi rol oynamışlar. Bununla bərabər, onlar ümumi dilçili-
yin də bir sıra problemlərini həll etməyə qadir olmuşlar.
Dostları ilə paylaş: