1. ÜMumi DİLÇİLİk I indd



Yüklə 10,63 Mb.
Pdf görüntüsü
səhifə56/250
tarix26.11.2023
ölçüsü10,63 Mb.
#135133
1   ...   52   53   54   55   56   57   58   59   ...   250
1. ÜMUMİ DİLÇİLİK I

Qazan dilçilik məktəbi
Rusiyada XIX əsrin 70-80-ci illərində yaranmış ikin-
ci böyük elmi məktəb Qazan dilçilik məktəbidir. Qazan 
Universiteti XIX əsrin sonlarında Rusiyada ən başlıca elmi 
mərkəzlərdən biri olmuşdur. Burada elmin başqa sahələri 
ilə yanaşı, dilçilik də xüsusilə tərəqqi etmişdir.
Qazan Universitetində formalaşan dilçilər qrupu Qa-
zan dilçilik məktəbi adlanır. Bu məktəbin banisi görkəmli 
dilçi Boduen de Kurtene idi.
Qazan Universitetində dilçilik məktəbi “gənc qram-
matiklər” cərəyanının təsiri ilə formalaşmışdır. Lakin bu 
təsirə baxmayaraq, Qazan dilçilik məktəbi lap ilk başlan-
ğıcdan orijinal dilçilik məktəbi kimi özünü göstərirdi
1

Bu məktəbin elmi prinsiplərinin əsasını dilçilik məsələlə-
rinin həllinə yaradıcı şəkildə yanaşmaq təşkil edirdi. Qa-
zan dilçilik məktəbinin fərqli əlaməti dilçiliyin ən başlıca 
problemlərinin qoyuluşuna dair nəzəri ümumiləşdirmələr 
aparmağa səy göstərməsidir. Bu cəhət onu Leypsiq “gənc 
qrammatiklər”indən və Moskva dilçilik məktəbindən də 
fərqləndirirdi
2
.
1
Т.А.Амирова, Б.А.Олховников, Ю.В.Рождественский. Очерки по истории лингвисти-
ки. M., 1975. c. 455.
2
Yenə orada.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
101
Qazan dilçilik məktəbinin bir çox nümayəndələri 
olmuşdur. Onlardan N.V.Kruşevski, V.A.Boqoroditski, 
S.K.Bu liç, A.İ.Aleksandrov və başqalarını göstərmək olar. 
Dilçiliyin bir sıra mühüm problemləri Qazan dilçilik mək-
təbinin nümayəndələrinin və xüsusilə Boduen de Kurtene-
nin əsərlərində öz həllini tapmışdır.
Boduen de Kurtene (Boadouin de Cour-
teneg, 1845–1929). İvan Aleksandroviç Bo-
duen de Kurtene XIX əsrin II yarısında 
yetişmiş ən böyük dilçilərdəndir. O, dün-
ya dilçiliyi tarixində dərin və zəngin zəka 
sahibi, orijinal tədqiqatçı və nəzəriyyəçi 
kimi məşhurdur. Boduen nəzəriyyəçi-dilçi 
olmaqla bərabər, həm də dilçilik tarixçisi, dil 
tarixçisi, dialektoloq, leksikoqraf, fonoloq idi.
Boduen de Kurtenenin ata tərəfdən uzaq əcdadları 
fransız olmuşdur. Onlar XVIII əsrin əvvəllərində Polşaya 
köçmüş və sonralar polyaklaşmışlar
1
.
Boduen fitri istedada malik alim idi. O, 25 yaşında 
(1870) Leypsiqdə fəlsəfə, 30 yaşında isə (1875) Peterburqda 
dilçilik üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
30 yaşlı professor Boduen de Kurtene 1875-ci ildə Qa-
zan Universitetində işləməyə başlamışdır. Az vaxt içəri-
sində onun istedadı universitetdə alimlərin nəzərini cəlb 
etmiş və o, ətrafına çoxlu bacarıqlı dilçi alim toplamışdı.
Boduen de Kurtene beş universitetdə (Qazan, Yuryev, 
Krakov, Peterburq və Varşava universitetlərində) fəaliyyət 
göstərmiş və mühazirə oxumuşdur. O öz mühazirələrində 
dilçilik elminə həvəs oyatmağa böyük səy göstərmişdir.
Boduen de Kurtene dil faktlarının dərin və dəqiq tədqiqat-
çısı olmuşdur. Onun elmi yaradıcılığının, linqvistik nəzəri gö-
1
Bax: Я.В.Лоя. История лингвистических учений. М., 1968, с. 233.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
102
rüşlərinin əhatə dairəsi çox genişdir. Bu böyük alimin məhsul-
dar yaradıcılıq dövrü XIX əsrin sonuncu rübünə təsadüf edir. 
Boduenin elmi fəaliyyətində dil və nitq, dilin sistem kimi dərk 
edilməsi, dil işarələrinin xarakteri, dilin morfoloji quruluş xü-
susiyyətləri, fonem problemi öz geniş şərhini tapmışdır.
Dünya dilçiliyinin inkişafında Boduen de Kurtenenin ən 
böyük xidməti, hər şeydən əvvəl, fonem nəzəriyyəsini yarat-
masıdır. O, “fonem” anlayışını 1870-ci ildə irəli sürmüşdür. 
Fonem nəzəriyyəsini “Slavyan dillərinin müqayisəli qrammatika­
sının bəzi şöbələri” (1881) adlı əsərində geniş işləmişdir. Boduen 
de Kurtene elmi yaradıcılığında fonemin nə olduğunu nəzəri 
cəhətdən müəyyənləşdirmiş, fonemlərin yaranması, tarixi in-
kişaf etməsi və s. məsələləri hərtərəfli aydınlaşdırmışdı.
Boduen de Kurtene elmi və elmi-pedaqoji fəaliyyəti prose-
sində dünya elminə bir sıra linqvistik anlayışlar daxil etmişdir. 
Dilçilikdə fonemlə yanaşı, morfem, leksem, sintaqm, qrafem 
və sair onlarca belə anlayış bu görkəmli alimin adı ilə bağlıdır
1
.
Boduen de Kurtene bütün yaradıcılığı boyu təsviri 
metoda geniş yer vermişdir. O, dil faktlarının ancaq tarixi 
və ya müqayisəli aspektdə öyrənilməsini kifayət hesab et-
mirdi. Ona görə dil həm də təsviri öyrənilməlidir. Bu ide-
yanı irəli sürərkən o, heç də müqayisəli-tarixi metodun 
əhəmiyyətini azaltmırdı, əksinə, bunu daha da təkmilləş-
dirməyi və inkişaf etdirməyi məsləhət bilirdi.
Boduen de Kurtene “gənc qrammatiklər”in tarixi-
lik prinsipini ciddi tənqid edirdi. Çünki onların tarixizmi 
fraqment səciyyəli idi. Boduen de Kurtene deyirdi ki, dilin 
tarixi aspektdə təhlilində mütləq dilin sistem xarakterdə 
olması nəzərə alınmalıdır.
Dilçilik elminin inkişaf tarixində Boduen de Kurtene-
nin və onun yaratdığı Qazan məktəbinin xüsusi rolu var-
1
Bax: Я.В.Лоя. История лингвистических учений. М., 1968, с. 233.


Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
103
dır. Bu məktəbin ideyaları müxtəlif ölkələrin alimlərinə tə-
sir etmiş və onların əsərlərində geniş istifadə olunmuşdur. 
Dilçilik klassiklərindən Ferdinand de Sössürün ümumdil-
çilik nəzəriyyəsinə və N.S.Trubeskoyun fonoloji konsep-
siyasına da müəyyən dərəcədə Qazan dilçilik məktəbinin 
ideyaları nüfuz etmişdir.
Qazan dilçilik məktəbinin irəli sürdüyü problemlər, 
yaratdığı elmi ənənələr müasir dilçilikdə də yaşayır.

Yüklə 10,63 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin