Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
104
XX əsrdə dilçiliyin inkişafı bu və ya digər bir cərəyan
və məktəbin fəaliyyətində təsəvvür edilə bilməz. Bunun
üçün əsrimizdə təşəkkül tapmış
bütün əsas cərəyan və
məktəbləri, həm də dilçiliyin inkişafına dair yeni yollar ax-
tarılmasını nəzərdən keçirmək lazımdır.
XX əsrin başlanğıcında “gənc qrammatiklər”in
tənqidi və dilçilikdə yeni yollar axtarılması
Dilçiliyin inkişaf tarixində XX əsrin əvvəlləri bir sıra cəhət-
lərlə fərqlənir. XIX əsrin II yarısında “gənc qrammatiklər”in
əldə etdikləri böyük kəşflərdən sonra XX əsrin ilk illərində dil-
çilikdə müəyyən dərəcədə sükut əmələ gəlmişdi. Həmin illəri
dilçiliyin böhran dövrü adlandıranlar
da olmuşdur
1
.
Məlumdur ki, “gənc qrammatiklər” dilçilik elmi üçün
bir çox yeniliklər gətirmiş, qiymətli fikirlər irəli sürmüşlər.
Lakin bununla bərabər, onların əsərlərində mübahisə do-
ğuran və hətta səhv olan cəhətlər də yox deyildir. Bunlar-
dan bəzilərini nəzərdən keçirək.
1) “Gənc qrammatiklər” dil vahidlərinin qarşılıqlı tə-
sirinə diqqət vermirdilər; 2) dialektlər arasında qarşılıqlı
əlaqə və təsiri nəzərə almırdılar; 3) dilin sistemini kifayət
qədər aydınlaşdırmırdılar; 4)
dilçiliyin bəzi köklü prob-
lemlərinin müzakirəsindən imtina edirdilər (məsələn,
onlardan bir çoxu dilin əmələ gəlməsi problemini dilçilik
üçün lazım bilmir, bu problemin fəlsəfi obyekt olduğunu
göstərirdi; 5) dilin tarixi inkişafını tədqiq etməkdə qədim
yazılı abidələrin əhəmiyyətini heçə endirirdilər.
“Gənc qrammatiklər”in bu qüsurları dilçilər tərəfin-
dən kəskin tənqidə məruz qalmışdır. Deməliyik ki, onla-
rın tənqidinə hələ XIX əsrin axırlarından başlanılmışdır.
“Gənc qrammatiklər”in tənqid edilməsi ilə yanaşı, həm də
1
V.A.Zveginsev. Göstərilən əsəri, səh. 264.
Ü M U M İ D İ L Ç İ L İ K – I C İ L D
105
dilçiliyin müxtəlif istiqamətlərində yeni yollar axtarılmış-
dır. Buna görə də dilçiliyin tarixində XIX əsrin sonu, XX
əsrin əvvəli “gənc qrammatiklər”in kəskin tənqidi və yeni
yollar axtarılması
ilə xarakterikdir
1
.
Bu illərdə “Gənc qrammatiklər” cərəyanının əleyhinə
mövqe tutan bir neçə yeni dilçilik cərəyanı və elmi məktəb
yaranmışdır. Buraya
“Sözlər və şeylər” məktəbi, estetik ide-
alizm məktəbi və neolinqvistika cərəyanı aiddir.
Bu cərəyan və məktəblərin, “gənc qrammatiklər”in
tənqidinə yönəlməsinə baxmayaraq, heç biri özünə əvəzsiz
şöhrət qazandıran böyük dilçilik nəsli yetirməkdə xüsusi
nailiyyətlər əldə etmiş həmin dilçilik cərəyanının səviyyə-
sinə qalxa bilməmişdir.
Dostları ilə paylaş: