1. Verilənlər bazasi nəzəriyyəsinin əsas anlayiş və tərifləri


PVBİS-in çatışmazlığı bunlardır



Yüklə 0,72 Mb.
səhifə9/11
tarix11.12.2022
ölçüsü0,72 Mb.
#120807
1   2   3   4   5   6   7   8   9   10   11
1 ulduz paylanmis

PVBİS-in çatışmazlığı bunlardır:
1) mürəkkəblik artır;
2) maya dəyəri artır;
3) mühafizə problemləri;
4) verilənlərin tamlığına nəzarətin çətinliyi;
5) standartların yoxluğu;
6) təcrübənin çatışmazlığı;
7) verilənlər bazasının hazırlaması prosedurunun çətinliyi.
Paylanmış VBİS homogenheterogen sistemlərə bölünür. Homogen sistemlərdə bütün saytlar eyni tipli VBİS istifadə edir. Heterogen sistemlərdə saytlarda müxtəlif verilənlər modellərindən istifadə edən müxtəlif tipli VBİS-lər işləyə bilər.

8.Fayl-server arxitekturası.


Şəbəkə VBİS–lərdə isə istifadəçinin kompyuterində yalnız VB serveri ilə şəbəkə vasitəsi qarşılıqlı əlaqədə olduğu kliyent proqramı yerləşir. Verilənlər bazası çox manqalı arxitekturaya malik ola bilər, yəni VBİS–lər bir, iki və üç manqalı ola bilər
Şəbəkə VBİS–ləri öz növbəsində üç növə bölünür:

  • fayl–server;

  • kliyent–server;

  • paylanmış.

Bu sistemlərin əsas atributları şəbəkədir ki, o, kompyuterlərin aparat əlaqələrini təmin edir və çoxlu sayda istifadəçilərin eyni verilənlərlə korporativ işləməsinə imkan yaradır.
. Şəbəkələrin meydana gəlməsi ilə verilənlər fayl-serverdə saxlanmağa başladı. Bu çoxistifadəçili sistemin birinci növüdür. Bu halda onların axtarışı və emalı işçi stansiyalarda yerinə yetirilir (şəkil. 1.2). Belə yanaşmada işçi stansiyaya nəinki, yalnız son istifadəçiyə lazım olan verilənlər göndərilir, həm də yalnız sorğunun icrası üçün lazım olan verilənlər istifadə olunur (məsələn, indeks fayllarının fraqmentləri və ya sorğunun icrası vaxtı tullanacaq verilənlər). Beləliklə, "artıq" informasiyanın həcmi "lazımlı" informasiyanın həcmindən daha çox olur.

İstifadəçinin sorğusuna reaksiya vaxtı verilənlərin fayl-serverdən işçi stansiyaya ötürülmə və işçi stansiyada sorğunun yerinə yetirilmə vaxtından formalaşır. Belə sistemin reaksiya vaxtının münasib olması üçün disklə verilənlərin mübadiləsini sürətləndirmək və diskdən verilənlərin keş yaddaşa yazılması üçün operativ yaddaşın həcmini artırmaq lazımdır. Həmçinin işçi stansiya kimi güclü kompyuterdən istifadə etmək lazımdır. Şəbəkə mühiti zəif yer ola bilər, buna görə də şəbəkə şininin ötürmə qabiliyyəti də mühüm göstəricidir. Əgər eyni zamanda işləyən istifadəçilərin sayı və saxlanan informasiyanın həcmi artırsa, göndərilən informasiyanın həcmi artır, yəni şəbəkə trafiki artır. Və nəticə olaraq, sistemin reaksiya vaxtı əhəmiyyətli dərəcədə aşağı düşür. Belə texnologiya nəzərdə tutur ki, hər işçi stansiyada eyni verilənlərlə işləyən VBİS-in öz nüsxəsi olur. Fayl-server şəklində aralıq manqa vasitəsilə işin sinxronlaşdırılması üçün bu VBİS-in qarşılıqlı təsiri əlavə itkilərə gətirir.


Belə VBİS–lərə misal olaraq Ms Access, Paradox, dBase, FoxPro, Visual FoxPro göstərmək olar.
9. Kliyent-server arxitekturası.
Şəbəkə VBİS–lərdə isə istifadəçinin kompyuterində yalnız VB serveri ilə şəbəkə vasitəsi qarşılıqlı əlaqədə olduğu kliyent proqramı yerləşir. Verilənlər bazası çox manqalı arxitekturaya malik ola bilər, yəni VBİS–lər bir, iki və üç manqalı ola bilər
Şəbəkə VBİS–ləri öz növbəsində üç növə bölünür:

  • fayl–server;

  • kliyent–server;

  • paylanmış.

Bu sistemlərin əsas atributları şəbəkədir ki, o, kompyuterlərin aparat əlaqələrini təmin edir və çoxlu sayda istifadəçilərin eyni verilənlərlə korporativ işləməsinə imkan yaradır.
Verilənlər bazaları sistemlərinin ümumi məqsədi - verilənlər bazaları əlavələrinin (proqramlarının) işlənməsi və onların icrasıdır. Ona görə yüksək səviyyədə verilənlər bazaları sisteminə iki hissədən ibarət olan çox sadə strukturlu sistem kimi baxmaq olar - server (verilənlər bazalarının serveri adlandırılan verilənlər bazası maşınları,) və kliyentlər yığımı (və ya xarici interfeys).
Server - bu əslində VBİS-in özüdür. O, VBİS-in bütün aşağıdakı əsas funksiyalarını dəstəkləyir: verilənlərin təyini, verilənlərin emalı, verilənlərin mühafizəsi və tamlığı və s. Xüsusi halda, o xarici, konseptual və daxili səviyyələri tam dəstəkləyir. Buna görə bu kontekstdə "server" – sadəcə olaraq başqa adla VBİS-dir.
Kliyent - bu VBİS “üzərində” yerinə yetirilən aşağıdakı müxtəlif əlavələrdir: istifadəçilər tərəfindən yazılmış əlavələr (proqramlar) və VBİS-in təchizatçıları tərəfindən və ya proqram təminatının bəzi kənar təchizatçıları tərəfindən verilən inteqrasiya edilmiş əlavələr. Əlbəttə, istifadəçilər nöqteyi-nəzərindən, inteqrasiya edilmiş əlavələrin və istifadəçi tərəfindən yazılmış əlavələrin arasında fərqlər yoxdur – onların hamısı eyni server interfeysindən, məhz xarici səviyyənin interfeysindən istifadə edirlər.
Xüsusi "xidməti" əlavələr müstəsnalıq təşkil edir, onları utilit adlandırırlar. Belə proqramlar bəzən yalnız birbaşa sistemin daxili səviyyəsində işləyə bilər. Əlavələri (proqramlar), öz növbəsində, bir neçə kateqoriyaya bölmək olar.
1. İstifadəçilər tərəfindən yazılmış əlavələr (proqramlar). Bunlar əsasən peşəkarlar yazılmış tətbiqi proqramlar və ya hamı tərəfindən qəbul edilmiş C, PASCAL və s. kimi proqramlaşdırma dilləridir.
2. Təchizatçılar tərəfindən təqdim edilən əlavələr (proqramlar), (onları adətən instrumental vasitələr adlandırırlar).
Sonuncu arxitektura növü kliyent/serverdir. O, bütün istifadəçilər üçün serverdə yerləşdirilmiş bir VBİS-in mövcudluğu ilə xarakterizə olunur. Belə texnologiyada istifadəçi (kliyent) proqramı verilənlərin seçilməsi üçün sorğu formalaşdırır və sorğunu serverə göndərir. Server sorğuya uyğun verilənləri seçir, və onları proqram-kliyentlərə (əlavəyə) göndərir. Proqram-kliyent alınmış verilənləri emal edir və onları istifadəçiyə təqdim edir. Bu halda fayl-server arxitekturası ilə müqayisədə ötürülən informasiyanın həcmi, və deməli şəbəkə trafiki kifayət qədər azalır. Məntiqli olaraq ümumi reaksiya vaxtı da azalır.
Ancaq belə sistemdə reaksiya vaxtı sorğunun ötürülmə vaxtından, serverdə (məsələn, prosessor və ya disk əməliyyatına) resursların gözləmə vaxtından, sorğunun yerinə yetirilmə vaxtından və nəticələrin işçi stansiyaya – proqram-kliyentə ötürülmə vaxtından formalaşır. Həm də serverdə gözləmə vaxtı sorğunun ümumi yerinə yetirilmə vaxtının çox hissəsini yeyə bilər. Müştəri-server texnologiyası ilə işləyən proqramların hazırlaması vaxtı bunu nəzərə almaq və yalnız bir yazının axtarışı üçün serverə müraciət etmək yox, “paçkalarla” verilənləri oxumaq lazımdır.
Əgər şəbəkə trafiki azalırsa, onda server rolunu yerinə yetirən kompyuter zəif yer olur. Ona tələblər çox yüksəkdir. Server kimi güclü kompyuteri seçmək lazımdır, amma bu halda işçi stansiyaların gücü artırmaq vacib deyildir.
Hal-hazırda kliyent/server arxitekturasının iki modelini ayırırlar – ikisəviyyəli və üçsəviyyəli. İkisəviyyəli model üçün xarakterik hal odur ki, VB bir qovşaqda saxlanılan lokal VB cədvəllərindən ibarətdir və elə həmin yerdə də VB serveri işləyir, tətbiqi proqramlar isə kliyent qovşaqlarında yerinə yetirilir (şəkil. 1.3).


Рис. 1.3. Двухуровневая модель архитектуры клиент/сервер

Üçsəviyyəli model üçün xarakterik hal odur ki, (şəkil. 1.4) paylanmış VB bir qovşaqda saxlanılan lokal VB cədvəllərindən ibarətdir, verilənlərə müdaxilə proqramları və tətbiqi proqramların bir hissəsi başqa qovşaqda (ola bilər ki, əlavələrin (proqramların) serverində), kliyent əlavələri (proqramları) isə kliyent qovşaqlarında yerləşir.




Рис. 1.4. Трехуровневая модель архитектуры клиент/сервер

Hər iki model üçün elə hal mümkündür ki, VB uzaqda yerləşən (ola bilər ki, coğrafi uzaqlıqda) lokal VB-dən ibarətdir, onda belə verilənlər bazası paylanmış adlanır və VB serveri hökmən olmalıdır.


Kliyent–server VBİS–lərinə aşağıdakıları aid etmək olar: Oracle, Firebird, Interbase, IBM DB2, Informix, Ms SQL Server, Sybase Adaptive Server, Enretprise, PostgreSQL, MySQL, Cahce, ЛИНТЕР.

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin