1:1 münasibəti ona gətirir ki, bir neçə cədvəldən oxuma əməliyyatı icra olunur, bu isə öz növbəsində zəruri informasiyanı əldə etməyi ləngidir. Bundan başqa 1:1 əlaqəli cədvəlləri olan VB normallaşdırma tələblərinə cavab vermir.
1.5.2. Birin – çoxa münasibəti
Qrafik olaraq belə əlaqə şəkil 1.6 –da göstərilmişdir.
Əsas obyekt Varis obyekt
Şəkil 1.6. 1:M münasibəti
Birin – çoxa münasibəti ən çox tətbiq edilən əlaqədir. Belə əlaqədə əsas cədvəlin bir sətrinə varis (tabe olan) cədvəlin bir neçə sətri uyğun gəlir. Məsələn, cədvəl 1.2–də göstərilən QRUP cədvəlinin “Qrupun nömrəsi” sahəsinin hər bir sətrinə cədvəl 1.3–də göstərilmiş TƏLƏBƏ cədvəlinin eyniadlı sahəsində bir neçə sətir uyğun gələ bilər.
1.5.3. Çoxun – çoxa münasibəti
Belə münasibətin qrafik təsviri şəkil 1.7–də göstərilmişdir
Əsas obyekt Varis obyekt
Şəkil 1.7. M:N münasibəti
Şəkil 1.8–də isə çoxun–çoxa əlaqəli cədvəllər göstərilmişdir.
QRUP və FƏNLƏR cədvəli
|
|
MÜƏLLİM cədvəli
|
Qrup№
|
Fənn
|
Müəllimin №
|
|
Müəllimin №
|
S.a.a.
|
Kafedra
|
78
|
Proqramlaşdırma
|
10
|
|
10
|
Əfəndiyev A.B.
|
100
|
62
|
Proqramlaşdırma
|
11
|
|
11
|
Abdullayev Q.Q.
|
101
|
78
|
Sistem nəzəriyyəsi
|
10
|
48
|
Məmmədov Z.A.
|
102
|
82
|
Fəlsəfə
|
48
|
60
|
Əliyev A.E.
|
103
|
78
|
Sosiologiya
|
48
|
70
|
Qulamov Q.S.
|
104
|
...
|
....
|
...
|
|
...
|
...
|
...
|
Şəkil 1.8. Çoxun–çoxa əlaqəsi
Hər bir qrupa bir neçə müəllim uyğun gəlir. Hər bir müəllim isə həm bir neçə fənni tədris edə bilər, həm də müxtəlif qruplarda dərs deyə bilər.
Bəzi VBİS–lər M:N əlaqəsini dəstəkləmir. Ona görə də belə əlaqəni əlavə köməkçi cədvəl vasitəsi ilə 1:M əlaqəsinə gətirmək olar. Bu köməkçi cədvələ əlaqələndirici cədvəl deyilir.
Şəkil 1.9–da M:N münasibətinin 1:M münasibətinə gətirilməsinin qrafik təsviri göstərilmişdir.
A obyekti
|
|
B obyekti
|
Ka açarı
|
Kb açarı
|
|
|
|
Əlaqələndirici obyekt
|
|
|
Ka + Kb açarı
|
|
Şəkil 1.9. M:N əlaqəsinin 1:N əlaqəsinə gətirilməsi
4.Verilənlər bazasının normallaşdırılması
VB–nin layihələndirilməsinin əsas məsələlərindən biri VB–nin normallaşdırılmasıdır. VB–nin normallaşdırılması – VB–də informasiya artıqlığına(izafiliyinə)yol verilməməsidir.
Verilənlərin izafiliyi dedikdə VB–də verilənlərin təkrar edilməsi başa düşülür. Bu zaman verilənlərin sadə (qeyri–izafi) və izafi təkrarlaması baş verə bilər.
Verilənlərin izafiliyi öz növbəsində müxtəlif anomaliyaya – VB–nin tamlığının pozulmasına gətirir. Anomaliya üç növ olur:
pozulma;
yeniləşdirmə;
daxil etmə.
Qeyri–izafi təkrarlama təbii prosesdir və yolveriləbiləndir, buna misal kimi cədvəl 1.14–də təsvir edilmiş verilənləri göstərə bilərik.
Cədvəl 1.14. Qeyri–izafi təkrarlama
Müəllim
|
Telefon
|
Qurbanov A.M.
Quliyev T.R.
Arazov A.N.
Dəmirov Z.K.
Şeydayev Ə.M.
|
125
125
335
336
125
|
Cədvəldən görünür ki, üç müəllimin telefon nömrəsi eynidir, bu çox təbiidir, ola bilər ki, müəllimlər eyni kabinetdə otururlar. Beləliklə, cədvəldə telefon nömrələri təkrarlanır, lakin hər bir müəllim üçün bu nömrə unikaldır. Əgər bu təkrarlanan nömrələrdən birini pozsaq (cədvəlin uyğun sətrini), onda Qurbanov A.M., Quliyev T.R. və Şeydayev Ə.M. haqqında informasiya itəcəkdir ki, buna da pozulma anomaliyası deyilir.
Əgər kabinetdə telefon nömrəsi dəyişərsə, onda bu dəyişikliyi bütün müəllimlər üçün yerinə yetirmək lazımdır. Əgər hər hansı bir müəllim üçün bu dəyişikliyi etməsək, onda yeniləşdirmə anomaliyası baş verəcəkdir.
Daxiletmə anomaliyası isə cədvələ yeni sətir (yazı) əlavə etdikdə baş verir. Belə ki, sahəyə elə verilən daxil edilə bilər ki, o yolveriləbilən diapazona daxil olmasın və ya sahəyə hökmən verilən daxil edilməlidir (sahə boş qala bilməz), biz isə onu boş saxlayırıq.
İndi isə verilənlərin izafi təkrarlanmasına aid misala baxaq. Yuxarıdakı cədvələ müəllimlərin oturduqları kabinetlərinin nömrələrindən ibarət daha bir sütun əlavə edək (cədvəl 1.15)
Cədvəl 1.15. Verilənlərin izafi təkrarı
Müəllim
|
Kabinet
|
Telefon
|
Qurbanov A.M.
Quliyev T.R.
Arazov A.N.
Dəmirov Z.K.
Şeydayev Ə.M.
|
10
10
20
18
10
|
125
–
335
336
–
|
Cədvəldə eyni kabinet üçün yalnız bir nömrə, yəni müəllim Qurbanov A.M.–in telefon nömrəsi göstərilmişdir. Digər eyni telefon nömrəli müəllimlər üçün sahədə defis işarəsi qoyulmuşdur (əksər VBİS–lər buna yol vermir, ona görə də “–” əvəzinə Nill yazılır). Cədvəlin belə strukturu aşağıdakı problemləri yaradır:
ixtiyari müəllimin telefonunu tapmaq üçün gərək digər sütunda yerləşən kabinetin nömrəsi üzrə axtarış aparasan;
sahələrdə defis işarəsinin olub–olmamasından asılı olmayaraq bu cədvəl yaddaşda eyni yer tutacaqdır;
cədvəldən kabinetin telefon nömrəsinin göstərildiyi sətri (Qurbanov A.M.) pozduqda yerdə qalan müəllimlərin telefon nömrələri haqqında informasiya itəcəkdir.
Əgər defis əvəzinə telefon nömrələri yazsaq, izafi təkrarlama yenə də qalacaqdır. Bu təkrarlamadan yalnız cədvəli bir–biri ilə əlaqələndirilmiş iki əsas və varis cədvələ bölməklə azad olmaq olar (cədvəl 1.16 və 1.17).
Cədvəl 1.16. MÜƏLLİMLƏR
|
|
Cədvəl 1.17. KABİNET
|
Müəllim
|
Kabinet
|
|
Kabinet
|
Telefon
|
Qurbanov A.M.
Quliyev T.R.
Arazov A.N.
|
10
10
20
|
|
10
20
18
|
125
335
336
|
Dəmirov Z.K.
Şeydayev Ə.M.
|
18
10
|
|
|
|
Bu cədvəllər bir–biri ilə Kabinet sahəsi ilə əlaqələndirilmişdir. Hər hansı müəllimin telefon nömrəsini tapmaq üçün əsas cədvəldən onun soyadına əsasən kabinetin nömrəsi, kabinetin nömrəsinə əsasən isə varis cədvəldən telefon nömrəsi tapılır.
Əsas cədvəlin bir neçə varis cədvələ bölünməsi prosesi VB–nin normallaşdırılması adlanır. Bu halda verilənlərin izafiliyi azalır, lakin cədvəl verilənlərinə müraciət vaxtı artır.
Cədvəllərin normallaşdırılması bir neçə addıma yerinə yetirilir. Hər addımda bir normal formadan daha yüksək normalı formaya keçilir. Hər normal forma müəyyən tip funksional asılılıqları məhdudlaşdırır, uyğun anomaliyaları aradan qaldırır.
VB–nin beş normal forması mövcuddur:
birinci normal forma;
ikinci normal forma;
üçüncü normal forma;
gücləndirilmiş üçüncü normal forma və ya Boys–Kodd normal forması;
dördüncü normal forma;
beşinci normal forma.
Layihələndirmə VB–nin informasiya obyektlərinin və bu obyektlərin atributlarının müəyyənləşdirilməsindən başlayır. Atributların hamısı əvvəlcə bir cədvəldə yerləşdirilir, sonra isə ardıcıl olaraq normallaşdırılır. Təcrübə göstərir ki, adətən beş yox, birinci üç normal forma istifadə edilir.
Dostları ilə paylaş: |